Elmi tədqiqatlar (R&D)

Şirkət müasir dövrün tələbləri çərçivəsində dayanıqlı inkişafa nail olmaq üçün elmi tədqiqat və inkişaf (R&D) sahəsinə böyük önəm verir.


Elmi tədqiqatlar (R&D)


Şirkət müasir dövrün tələbləri çərçivəsində dayanıqlı inkişafa nail olmaq üçün elmi tədqiqat və inkişaf (R&D) sahəsinə böyük önəm verir. Bu istiqamətdə AR Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutu (Kibernetika İnstitutu) ilə yaxından əməkaşlıq edirik. Neuron Technologies ilk Azərbaycan şirkətlərindən biridir ki, ölkəmizdə uzun illər ərzində aparılmış elmi tədqiqatların iqtisadiyyata tətbiqi üzrə konkret fəaliyyət planı işləyib hazırlamışdır.

 

Hazırda şirkətin mütəxəssisləri Kibernetika İnstitutunun alimləri və tədqiqatçıları ilə birgə bir sıra istiqamətlərdə, o cümlədən, ürək-damar sisteminin monitorinqi üçün “noise” texnologiyasının istifadəsi ilə mobil aparat-proqram kompleksi, zəlzələlərin təhlükələrini minimumlaşdırmağa imkan verən “noise” texnologiyaları və texniki vasitələri, neftqazçıxarma obyektlərinin küy analizi alqoritmlərinin tətbiqi ilə səmərəli rejimdə işləmələrini təmin etmək üçün “robust noise monitoring” texnologiyaları əsasında dərinlik nasoslu neft quyularının nəzarət və idarəetmə texnologiyaları, neft emulsiyasında olan su damcılarının neft boru kəmərində, turbulent axında parçalanmasını və koaqulyasiyasını əks etdirən riyazi modelləşdirmə və digər sahələrdə birgə tədqiqatlar aparır. Yaxın zamanda bu tədqiqatların biznesə transformasiyası mümkün olacaqdır.

© Copyright 2017 Neuron technologies. All rights reserved.