Kiber Təhlükəsizlik


İnformasiya təhlükəsizliyi dövrümüzün ən aktual məsələlərindən birinə çevrilib. Şirkətimiz kiber təhkükəsizlik ilə bağlı mütərəqqi həll yollarını təklif edir.


Qoruyucu Divar (Firewall)


Biz informasiya təhlükəsizliyi üzrə boşluqlar ilə rastlaşmamaq üçün daim şəbəkə trafikinə nəzarət edirik və proqram təminatı üzrə aşkar edilmiş təhlükələrin qarşısını alırıq. Biz informasiya təhlükəsizliyi ilə bağlı tətbiq (WAF) və fiziki səviyyələrində həllərimizi təqdim edirik. Əlavə olaraq, mühüm məlumatların kiber təhlükələrdən qorunması üçün müdaxilələrin aşkar edilmə sisistemi (IDS) və müdaxilənin qarşısının alınması sisteminin (IPS) tətbiqini təklif edirik.


Penetration Testing


İnformasiya təhlükəsizliyi üzrə təhdidlər əsas etibarilə yeni şəbəkələr, veb tətbiqlər və verilənlər bazasının yenilənmələri müstəvisində meydana gəlir. Bu cür risklər proqram təminatının qüsurları və ya informasiya sistemlərinin natamam tənzimlənməsi səbəblərindən baş verə bilər. Neuron Technologies şirkəti bütün növ məlumatların, o cümlədən həssas informasiyanın təhlükəsizliyi və qorunması üçün mövcud risklərin aradan qaldırılması üzrə həll yollarını təqdim edir. Mövcud proqram təminatının və ya İKT infrastrukturun təhlükəsizlik üzrə yoxlanılması (Penetration Test), hesabatların tətbiqini proqramçı, şəbəkə inzibatçısı və ya sistem administratoru səviyyəsində təşkilini təklif edirik.


Məlumatların qorunması və bərpası


Biz verilənlər bazası, proqram təminatı və ya uyğun sistemdə faylların nüsxəsinin çıxarılması, təhlükəsiz birin-birə protokollunun vasitəsi ilə ötürülməsi, saxlanılması və ya bərpasını təklif edirik. Proqram təminatı, sistem və ya verilənlər bazasında dəyişikliklər əsasında və ya informasiya təhlükəsizliyi üzrə araşdırmaların nəticəsində tapılmış `sıfırıncı gün` boşluqlarının aradan qaldırılması və ya zərərli hücümlara məruz qaldıqdan sonra prosessin bərpası xidmətini təqdim edirik.


Sosial mühəndislik (Social Engineering)


İnformasiya təhlükəsizliyi üzrə araşdırmalarımız göstərir ki, daha çox risk ehtimalı yarada biləcək obyekt insandır. Sosial mühəndisdik istiqamətinin realizasiyası ilə hətta ən müasir texniki avadanlıq və ya təhlükəsizlik üzrə yoxlamalardan keçmiş sistemlərdə də kiber hücümlara məruz qalma ehtimalı mövcuddur. Bu cür risklərə `phishing`, `pretexting`, `physical social engineering`, o cümlədən, etibarlı mənbərlərdən yoluxucu zərərli faylların yüklənmə əməliyyatını yerinə yetirən `RFD` və ya elektron ünvanın yalandan oxşarının yarılması əməliyyatını yerinə yetirən `email spoofing` və digər kiber təhlükəsizlik risklərini misal göstərmək olar. Bütün bu risklərin aradan qaldırılması üçün preventativ tədbirləri görə bilərik. Biz Neuron Technologies şirkəti olaraq, sosial mühəndisliyə yoluxmanın qarşısının alınması üçün həll yollarını təklif edirik. İnformasiya təhükəsizliyi sosial mühəndislik üzrə risk ehtimalının qiymətləndirilməsi, təşkilatınızın əməkdaşlarının informasiya təhlükəsizliyi üzrə biliklərinin sınaqdan keçirilməsi və müvafiq hesabatların hazırlanması, qeydlər əsasında təlimlərin təşkil edilməsini əhatə edəcəkdir.

© Copyright 2017 Neuron technologies. All rights reserved.