Add alt tag

Neuron Technologies şirkəti Moskvada beynəlxalq sərgidə iştirak edir

2017-04-26

2017-ci ilin 25-28 aprel tarixlərində Rusiya Federasiyasının Moska şəhərində 29-cu rabitə və informasiya texnologiyaları üzrə “SVİAZ-17” Beynəlxalq sərgisi keçirilir. Neuron Technologies şirkəti sərgidə Azərbaycan Milli İKT Pavilyonunda ayrıca stendlə çıxış edir. Şirkətin Biznes İnkişafı Müdiri Elşad Şiriyev Moskva şəhərinə ezam edilmişdir və o, hazırda Neuron Technologies şirkətini tədbirdə uğurla təmsil edir. Elşad Şiriyev Moskvanın Expo mərkəzində keçirilən sərgi çərçivəsində şirkətin İT məhsulları və həlləri ziyarətçilərə təqdim edir. [...]

Ətraflı
Add alt tag

Neuron Technologies şirkəti aşağıdakı vakant vəzifələr üzrə müsabiqə elan edir:

2017-01-05

 Proqramçı Qrupunun Rəhbəri (1 vakant vəzifə);  Front-end Proqramçı (2 vakant vəzifə);  Back-end Proqramçı, Microsoft (2 vakant vəzifə);  Back-end Proqramçı, Java/Oracle (2 vakant vəzifə);  Qrafik və Veb Dizayner (1 vakant vəzifə); Bu vakansiyalar üzrə ətraflı məlumatı diqqətinizə təqdim edirik. Maraqlananlar 15.01.2016-cı il tarixinədək hr@neuron.az elektron poçtu vasitəsilə müraciət edə bilər. [...]

Ətraflı
Add alt tag

İsmayıl Ələkbərovunun Milli Elmlər Akademiyasındakı alovlu nitqini akademiklər yüksək dəyərləndirib

2016-12-04

Dekabrın 2-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində AMEA ilə Azərbaycan Respublikası Sahibkarlar Konfederasiyası arasında elmi nailiyyətlərin və yeniliklərin istehsalatın müxtəlif sahələrində tətbiqi, sahibkarlıq subyektlərinin maarifləndirilməsi və fəaliyyətlərinin inkişafına kömək göstərilməsi ilə bağlı birgə əməkdaşlıq münasibətlərini müəyyənləşdirilməsi istiqamətində müzakirə aparılıb. Görüş zamanı AMEA-nın prezidenti, akademik Akif Əlizadə və ASK-nın prezidenti Məmməd Musayev açılış nitqi söyləyib, elmlə-biznes arasında əməkdaşlığın ölkədə innovativ iqtisadiyyatın dəstəklənməsi, elm və [...]

Ətraflı
Add alt tag

Neuron Technologies şirkəti ABŞ-ın Qabriel Al Salem Fondunun sertifikatı ilə mükafatlandırıldı

2016-11-25

Azərbaycanın sürətli inkişaf edən Neuron Technologies şirkəti ABŞ-ın Kaliforniya ştatında yerləşən beynəlxalq Qabriel-Al Salem Fondu tərəfindən sertifikatla mükafatlandırılıb. Sertifikat bu gün sözügedən fondun tərəfdaşı Avropa Yenidənqurma və İnkişaf Bankının Bakıdakı ofisində Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərova təqdim edilib. Sertifikat Neuron Technologies şirkətinin “Consulting without Borders” beynəlxalq yarışmasında iştirakına və şirkətin innovativ inkişafa verdiyi töhfəsinə görə təltif edilib. [...]

Ətraflı
Add alt tag

Neuron Technologies şirkəti Cənubi Koreyanın Səfiri ilə görüşüb

2016-11-24

2016-cı ilin 22 noyabr tarixində Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərovun dəvəti ilə Cənubi Koreyanın ölkəmizdəki Səfiri Kim Çanq-qyu ilə şirkətin ofisində görüş keçirildi. Görüş zamanı Neuron Technologies şirkəti ilə Koreyanın İT şirkətləri arasında əməkdaşlığın yaradılması ətrafında müzakirələr aparıldı. Söhbət zamanı İsmayıl Ələkbərov Koreya şirkətləri tərəfindən ölkəmizdə həyata keçirilən İKT layihələrində şirkətinin yerli tərəfdaş ola biləcəyini qeyd etdi. Bu xüsusda, Koreyanın beynəlxalq inkişaf agentliyi KOİCA tərəfindən yerinə yetirilən İT layihələrinə dəstək məsələsinə toxunuldu. Səfir Kim Çanq-qyu da öz növbəsində Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişafı üçün böyük potensialın olduğunu bildirdi və Koreya şirkətlərinin Neuron Technologies ilə əməkdaşlıqda maraqlı olduğunu vurğuladı. Müzakirələr zamanı Kore [...]

Ətraflı
Add alt tag

ASK-nın İKT Komissiyasının sədri İsmayıl Ələkbərovun Lider TV-yə müsahibəsi

2016-11-06

Azərbaycan Sahibkarlar Konfederasiyasının İKT Komissiyasının sədri İsmayıl Ələkbərovun Lider TV-yə müsahibəsini diqqətinizə təqdim edirik. [...]

Ətraflı
Add alt tag

İsmayıl Ələkbərov ASAN Xidmət yanında İctimai Şuranın iclasında iştirak edib

2016-09-19

İsmayıl Ələkbərov ASAN Xidmət yanında İctimai Şuranın iclasında iştirak edib 16 sentyabr 2016-cı il tarixində Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın üzvü qismində növbəti toplantıda iştirak edib. Toplantıda dövlət xidmətlərinin qiymətləndirlməsi üzrə “ASAN Xidmət İndeksi” ətrafında müzakirələr aparılıb [...]

Ətraflı
Add alt tag

Azərbaycanın İT şirkəti Qırğızıstanda keçirilən beynəlxalq tenderdə qalibiyyətin bir addımlığındadır

2016-08-30

Ölkəmizin sürətlə inkişaf edən Neuron Technologies şirkəti Qırğızıstanda keçirilən tenderdə qalibiyyətin astanasındadır. Azərbaycan şirkəti Qazaxıstanda fəaliyyət göstərən tərəfdaş şirkəti ilə konsorsium yaradaraq, Qırğızıstanın Manas beynəlxalq hava limanının elan etdiyi elektron sənəd dövriyyəsinin və kargüzarlığın yaradılması və tətbiqi üzrə beynəlxalq tenderdə iştirak edir. [...]

Ətraflı
Add alt tag

Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov Azərbaycan-Koreya e-Hökumət forumunda iştirak edib

2016-08-26

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN xidmət) tərəfindən Dövlət İdarəçiliyi üzrə Azərbaycan-Koreya Əməkdaşlıq Forumu keçirilib. Tədbir çərçivəsində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Koreyanın Daxili İşlər Nazirliyi arasında E-hökumət və dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Azərbaycan tərəfdən sənədi Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəhbəri İnam Kərimov, qarşı tərəfdən isə Koreyanın Daxili İşlər Naziri Honq Yun-Sık imzaladı. [...]

Ətraflı
Add alt tag

Prezidentin İqtisadi İslahatlar üzrə Köməkçisinin Xidməti və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində növbəti iclası

2016-08-26

Azərbaycan Respublikası Prezidentinin Xidməti və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində kiçik və orta Sahibkarlıq üzrə alt-işçi qrupun toplantısı keçirildi. Tədbirdə ölkənin aparıcı iş adamları, sahibkarlar təşkilatları iştirak etdi. Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov iclasda Azərbaycan Sahibkarlar Konfederasiyasının İKT Komissiyasının sədri qismində iştirak etdi. Tədbirdə ölkənin artımını sürətləndirmək məqsədilə kiçik və orta sahibkarlar üçün gələcəyə baxış mövzusunda müzakirələr aparıldı. İclasda çıxış edən İsmayıl Ələkbərov ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı üçün biliyə və intellektə əsaslanan modelin tətbiqinin zəruriliyini vurğuladı. O həmçinin bildirdi ki, ölkəmizdə informasiya və kommunikasiya texnologiyaları sahəsində sahibkarlığın daha da inkişaf etdirilməsi üçün bu sahədə ixracın təşviq edilməsi, ixrac olunan İKT məhsullarına ƏDV-nin tətbiqinin müəyyən müddətə ləğv edilməsi, xarici tenderlərdə iştirak edən şirkətlərimizə dövlət tərəfindən bank zəmanətlərinin verilməsi, elektron ticarətin inkişafı üşün qanunvericilik bazasının möhkəmləndirilməsi, PayPal kimi beynəlxalq ödəmə sistemlərinin ölkəmizdə tətbiqi, startapların real inkişafı və İKT sahəsində insan resurslarının inkişafı üçün xüsusi proqramların hazırlanması labüddür. İsmayıl Ələkbərov həmçinin bildirdi ki, ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı üçün azad rəqabətin formalaşdırılması ən əsas amildir. [...]

Ətraflı
Add alt tag

Neuron Technologies şirkəti Azərbaycan təhsil sistemində innovativ layihələrini genişləndirir

2016-07-04

Neuron Technologies şirkəti Azərbaycan ali təhsil müəssisələrində Unibook – təhsilin və tədrisin informasiya idarəetmə platformasının tətbiqini genişləndirir. Artıq bir neçə nüfuzlu ali təhsil müəssisəsində uğurla tətbiq olunan bu sistem ötən ildən etibarən Dövlət Neft və Sənaye Universitetində də istifadə edilir. Ötən ay Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında keçirilən görüşə ASK-nın Komissiya Sədri İsmayıl Ələkbərov da qatılıb. Görüş zamanı Azərbaycanda sahibkarlıq mühitinin inkişafından söhbət açılıb, ölkəmizdə kadr hazırlığı istiqamətində ADNSU tərəfindən həyata keçirilən fəaliyyət barədə məlumat verilib və sahibkarlar ilə universitet arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Görüşün sonunda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Azərbaycan Sahibkarlar Konfederasiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Memorandumu ASK-nın prezidenti Məmməd Musayev və ADNSU rektoru, professor Mustafa Babanlı imzalayıblar. Müqavilənin məqsədi ölkə iqtisadiyyatının dinamik inkişafına cavab verə bilən yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün şəraitin yaradılmasından və bu məqsədlə tərəflərin qarşılıqlı əməkdaşlığının inkişaf etdirilməsindən ibarətdir. [...]

Ətraflı
Add alt tag

Asiya İnkişaf Bankının İqtisadi Əməkdaşlıq Proqramının ekspertləri ilə görüş keçirildi

2016-07-04

2016-cı ilin 30 iyun tarixində Asiya İnkişaf Bankının Mərkəzi Asiya İqtisadi Əməkdaşlıq (CAREC) Proqramının ekspertləri ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında görüş keçirildi. Görüşdə ASK-nın Komissiya sədri İsmayıl Ələkbərov iştirak etdi. Görüş zamanı “CAREC Proqramına üzv ölkələrdə regional tranzit ticarətin asanlaşdırılması” layihəsi ilə əlaqədar fikir mübadiləsi aparıldı. Konfederasiyanın nəzdində fəaliyyət göstərən komissiyaların fəaliyyəti, görülmüş işlər barədə söhbət açıldı. Bildirildi ki, ASK-nın nəzdində fəaliyyət göstərən 16 komissiyadan biri də “Rabitə, İnformasiya və Kommunikasiya Texnologiyaları Komissiyası”dır ki, onun da fəaliyyəti çoxşaxəlidir. Komissiyanın tərkibində ölkəmizdə informasiya kommunikasiya və texnologiyaları sahəsində fəaliyyət göstərən nüfuzlu şirkətlər təmsil olunur, onların da əsas məqsədi ölkədə informasiya kommunikasiya və texnologiyaları sahəsində mövcud vəziyyəti analiz edərək, beynəlxalq aləmdə yeni layihələrə imza atmaqdır. [...]

Ətraflı
Add alt tag

İsmayıl Ələkbərov İctimai Şuranın növbəti iclasına qatılıb

2016-06-30

2016-cı ilin 28 iyun tarixində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə (VXSİ) Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirilib. İsmayıl Ələkbərov İctimai Şuranın üzvü qismində tədbirdə iştirak edib. İclas zamanı regionlarda elektron xidmətlərin inkişafı məsələsi müzakirə olunub. Toplantıda yerli icra hakimiyyətlərində elektron xidmətlərin təşkili ilə bağlı məsələ yenidən gündəmə gətirilib və İctimai Şura tərəfindən hazırlanan təkliflər müzakirəyə çıxarılıb. Müzakirələr zamanı irəli sürülən təkliflərdə aşağıdakı məsələlər öz əksini tapıb : [...]

Ətraflı
Add alt tag

Neuron Technologies şirkəti kiber təhlükəsizlik mövzusunda Gəncədə keçirilən regional dəyirmi masa tədbirində iştirak etdi

2016-06-25

Kiber təhlükəsizlik mövzusu dövrümüzün ən aktual məsələlərindən birinə çevrilib. Neuron Technologies şirkəti kiber təhlükəsizlik təhdidlərinin aradan qaldırılması və preventativ tədbirlərin görülməsi istiqamətində fəaliyyətini genişləndirir. 2016-cı ilin 23 iyun tarixində Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitetində “Dövlət və biznes, təşkilatlar və fərdlərin formalaşmış elektron informasiya resurslarının qorunması: Kibertəhdidlər, risklər və problemlər” mövzusunda dəyirmi masa tədbiri keçirilib. Tədbirdə Neuron Technologies şirkətinin kiber təhlükəsizlik bölməsinin rəhbəri Əlihüseyn Əliyev və biznes inkişafı üzrə meneceri Elşad Şiriyev çıxışçı qismində iştirak edərək, aparılan müzakirələrə qatılıb. [...]

Ətraflı
Add alt tag

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı anti-korrupsiya fəaliyyət planının hesabatını hazırlayacaq.

2016-06-21

2016-cı ilin 20 iyun tarixində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) anti-korrupsiya fəaliyyət planının sədri xanım Enery Quinionesin başçılıq etdiyi İƏİT nümayəndə heyəti ilə Azərbaycan sahibkarları arasında Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında görüş keçirildi. Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov ASK-nın İKT Komissiyasının Sədri qismində görüşdə iştirak etdi. Görüşdə həmçinin İƏİT-in katibliyinin, BMT-nin, Avropa Yenidənqurma və İnkişaf Bankının, müvafiq Avropa təsisatlarının, həmçinin Azərbaycanın 20-dən artıq tanınmış şirkətinin nümayəndələri iştirak etdi və ölkəmizdə anti-korrupsiya istiqamətində həyata keçirilən fəaliyyəti müzakirə etdi. [...]

Ətraflı
Add alt tag

Neuron Technologies şirkəti Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri çərçivəsində keçirilən Biznes Forumda fəal iştirak edib

2016-06-08

Məlum olduğu kimi, 2016-cı ilin 7 iyun tarixində Azərbaycan Prezidenti cənab İlham Əliyevin Almaniyaya rəsmi səfəri çərçivəsində Almaniyanın paytaxtı Berlin şəhərində ölkə başçımızın iştirakı ilə Almaniya-Azərbaycan Biznes Forumu keçirilib. Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov və ölkəmizin tanınmış şirkət rəhbərləri, müxtəlif dövlət qurumlarının və işgüzar dairələrin mümayəndələri tədbirdə iştirak edib. Biznes Forum Almaniya Federal İqtisadiyyat və Enerji Nazirliyinin tarixi binasında keçirildi. Biznes Forum çərçivəsində keçirilən ikitərəfli görüşlərdə İsmayıl Ələkbərov Almaniyanın dünyaca tanınmış texnologiya şirkətlərinin rəhbərləri ilə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi ətrafında müzakirələr apardı. Almaniya şirkətləri Azərbaycanda, həmçinin MDB məkanında ən çevik inkişaf edən təşkilatlardan olan Neuron Technologies şirkətinin mütərəqqi texnoloji platformalar əsasında işləyib-hazırladığı həllərini maraqla qarşıladı. Almaniya şirkətləri ilə Azərbaycanın Neuron Technologies şirkəti arasında Şərqi Avropa, Mərkəzi Asiya, Yaxın Şərq və Şimali Afrika bazarlarına ixrac üzrə birgə fəaliyyət göstərilməsinin yol xəritəsinin hazırlanması qərara alındı. [...]

Ətraflı
Add alt tag

Neuron Technologies şirkətinin rəhbəri İctimai Şuranın iclasında iştirak edib

2016-05-26

2016-cı ilin 25 may tarixində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə (VXSİ) Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçirilib. Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov İctimai Şuranın üzvü qismində tədbirdə iştirak edib. Toplantıda yerli icra hakimiyyətlərində elektron xidmətlərin təşkili ilə bağlı məsələlər müzakirə olunub. Toplantıda Dövlət Agentliyinin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Elektron Hökumət Portalının Operatorunun (MHM) və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin nümayəndələri də iştirak edib. Toplantıda İctimai Şura tərəfindən əvvəllər Dövlət Agentliyinə təqdim edilən təkliflərin reallaşdırılması istiqamətində fikir mübadiləsi aparılıb. Hazırda yerli icra hakimiyyətlərində və bələdiyyələrdə xidmətlərin elektron formaya keçirilməsi prosesinin kifayət qədər ləngidiyi diqqətə çatdırılıb. [...]

Ətraflı
Add alt tag

Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov Avropa texnologiya təsisatının üzvü seçildi

2016-05-04

Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov bu gün Avropa Elektron Media Təşəbbüsü Şəbəkəsinin (New European Media) tam hüquqlu üzvü qəbul edildi. Bu təsisat Avropa İttifaqının Yeddinci Çərçivə Proqramına əsasən, Avropa Texnologiya Platforması olaraq yaradılmışdır. Bu Avropa qurumunun fəaliyyətinin əsas məqsədi şəbəkə və elektron media üzrə biznes sektorların inkişafı üçün elektronika istehlakçıları, yayımçılar və telekommunikasiya sahəsində fəaliyyət göstərən qurumlar arasında əməkdaşlığın möhkəmləndirilməsindən ibarətdir. [...]

Ətraflı
Add alt tag

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında “Rabitə, İnformasiya və Kommunikasiya Texnologiyaları Komissiyası” yaradılıb

2016-04-18

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının tərkibində fəaliyyət göstərən “Rabitə, İnformasiya və Kommunikasiya Texnologiyaları Komissiyası”nın ilk iclası keçirilib. İclasda ölkənin bu sahədə fəaliyyət göstərən aparıcı şirkətlərinin rəhbərləri iştirak ediblər. Cari il ərzində Azərbaycan Sahibkarlar Konfederasiyasının ölkədə özəl sektorun inkişafı istiqamətində böyük öhdəlikləri olduğunu deyən ASK-nın prezidenti Məmməd Musayev yeni yaradılan komissiyanın işinə uğurlar arzuladı. Bildirdi ki, komissiyanın tərkibinə nəzər saldıqda görünür ki, bu komanda gələcəkdə öz işlərini günün tələblərinə uyğun quracaq, ölkədə informasiya kommunikasiya və texnologiyaları sahəsində mövcud vəziyyəti analiz edərək, beynəlxalq aləmdə yeni layihələrə imza atacaqdır. İclas zamanı komissiyanın əsasnaməsinin ilkin layihəsi müzakirə edildi və bir çox maraqlı təkliflər səsləndirildi. Daha sonra komissiyanın tərkibi təsdiq olunaraq, komissiyanın sədri və katibi seçildi. “Rabitə, İnformasiya və Kommunikasiya Texnologiyaları Komissiyası”nın sədri vəzifəsi “Neuron Technologies” şirkətinin rəhbəri İsmayıl Xəlil oğlu Ələkbərova həvalə olundu. [...]

Ətraflı
Add alt tag

Neuron Technologies şirkəti “British School in Baku” orta məktəbinin şagirdləri ilə görüş keçirdi.

2016-03-17

Bu gün “British School in Baku” orta məktəbinin şagirdləri ilə Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov arasında şirkətin Yüksək Texnologiyalar Parkındakı ofisində görüş keçirildi. İngilis dilində təhsil alan şagirdlərin arasında xarici millətdən olanlar da vardı. Görüş zamanı şagirdlərə Neuron Technologies şirkətinin inkişaf tarixçəsindən, həyata keçirdiyi layihələrdən bəhs edildi, dünyada davam edən yeni texnologiya trendləri və informasiya texnologiyalarnın gələcək inkişaf perspektivləri barədə məlumat verildi. Şirkət rəhbəri həmçinin şagirdlərin gələcək karyera seçimləri istiqamətində söhbət apardı və məktəblilərə öz tövsiyyə və məsləhətlərini verdi. [...]

Ətraflı
Add alt tag

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçirilib

2016-03-16

Ötən gün Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçirilib və Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov Azərbaycan Sahibkarlar Konfederasiyasının Komissiya Sədri və İctimai Şuranın üzvü qismində tədbirdə iştirak edib. Toplantıda Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən hazırlanan dövlət xidmətlərinin Elektron Reyestrinin (http://www.dxr.az) təkmilləşdirilməsi ilə bağlı İctimai Şura tərəfindən hazırlanan təkliflər müzakirə olunub. İctimai Şuranın Koordinatoru Osman Gündüz hazırlanan təkliflər layihəsi ilə bağlı məlumat verib. Təkliflərin müzakirəsində İctimai Şuranın üzvləri İsmayıl Ələkbərov, Əliməmməd Nuriyev, Hafiz Həsənov, VXSİ Dövlət Agentliyinin şöbə müdiri Fariz Cəfərov, Hüquq şöbəsinin müdiri İlhamə Qədimova iştirak ediblər. Müzakirələrdə Elektron Reyestrin ölkədə dövlət xidmətlərinin göstərilməsi sahəsində idarəetmənin təkmilləşdirilməsində, xidmətlərin keyfiyyətinin yüksəldilməsində və əlçatımlığında əhəmiyyətli rol oynayacağı qeyd edilib. [...]

Ətraflı
Add alt tag

Neuron Technologies şirkəti Ağstafa İqtisadi Forumunda iştirak edib

2016-03-07

2016-cı ilin 5 mart tarixində Azərbaycan Sahibkarlar Konfederasiyası və Ağstafa rayonunun İcra Hakimiyyətinin təşəbbüsü ilə Ağstafa İqtisadi Forumu keçirilib. Tədbirdə bir sıra dövlət qurumlarının nümayəndələri ilə yanaşı, Bakı şəhəri, Ağstafa, Tovuz və Qazax rayonlarından 120-dən çox sahibkar və fermer iştirak edib. Forumda Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının yerinə yetirilməsi, regionlarda sənayenin inkişafı, sahibkarlara dəstək göstərilməsi məsələləri müzakirə olunub. Tədbirdə Neuron Technologies şirkətinin rəhbəri, Sahibkarlar Konfederasiyasının Komissiya Sədri İsmayıl Ələkbərov iştirak edib. Şirkətimizin rəhbəri ölkə sahibkarları və dövlət qurumları arasında aparılan müzakirələr zamanı çıxış edərək, regionlarda sahibkarlığın inkişafının təşviqi və ölkəmizdə istehsal olunan məhsulların xarici bazarlara ixracının genişləndirilməsi üçün mütərəqqi texnologiyaların tətbiqinin əhəmiyyətini vurğulayıb. [...]

Ətraflı
Add alt tag

Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov 4 mart 2015-ci il tarixində İctimai TV-də efirə getmiş Media və Zaman verilişinin qonağı olmuşdur

2016-03-04

Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov 4 mart 2015-ci il tarixində İctimai TV-də efirə getmiş Media və Zaman verilişinin qonağı olmuş və Azərbaycanın Post-Neft Erasında növbəti 10 il üçün yeni iqtisadi modeli ətrafında fikir və mülahizələrini geniş ölkə ictimaiyyəti ilə bölüşmüşdür. [...]

Ətraflı
Add alt tag

Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov 4 mart 2015-ci il tarixində İctimai TV-də efirə getmiş Media və Zaman verilişinin qonağı olmuşdur

2016-03-04

Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov 4 mart 2015-ci il tarixində İctimai TV-də efirə getmiş Media və Zaman verilişinin qonağı olmuş və Azərbaycanın Post-Neft Erası: Yeni Yol Xəritəsi mövzusunda söhbət etmiş, fikir və mülahizələrini geniş ölkə ictimaiyyəti ilə bölüşmüşdür [...]

Ətraflı
Add alt tag

Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib

2016-02-26

Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib və Rabitə, İnformasiya və Kommunikasiya Texnologiyaları Komissiyasının yaradılması barədə qərar verilib. “Neuron Technologies” şirkətinin rəhbəri İsmayıl Xəlil oğlu Ələkbərov Azərbaycan Sahibkarlar Konfederasiyasının Rabitə və İKT Komissiyasının Sədri təyin edilib. Sözügedən Komissiya rabitə və İKT sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətlərini maraqlarını təmsil edərək, bu sahədə özəl sektorun inkişafı, milli məhsulların xarici ölkələrdə təşviq edilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması istiqamətində fəaliyyət göstərəcəkdir. [...]

Ətraflı
Add alt tag

Azərbaycanın İT şirkəti məhsullarını Afrika bazarlarına çıxarır

2016-02-25

Azərbaycanın innovativ və aparıcı texnologiya şirkəti olan Neuron Technologies hazırda Mərkəzi Asiya və Afrikanın bir sıra ölkələrində beynəlxalq tenderlərdə iştirak edir. Qeyd edək ki, bu cür beynəlxalq tenderlərdə iştirakın özü də mürəkkəb proses hesab olunur. Çünki informasiya texnologiyaları üzrə Avropanın və Amerikanın qabaqcıl və təcrübəli şirkətləri ilə tenderlərdə rəqabət aparmaq üçün müvafiq beynəlxalq standartlara cavab verilməlidir. Sevindirici haldır ki, Neuron Technologies şirkətinin timsalında artıq bu cür standartlara cavab verən Azərbaycan şirkətləri yetişmişdir. [...]

Ətraflı
Add alt tag

Neuron Technologies şirkəti ADA Universitetinin tələbələri ilə seminar keçirdi.

2016-02-08

Ötən həftə Neuron Technologies şirkəti ilə ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik məktəbinin tələbələri arasında seminar keçirilmişdir. Şirkətin ofisinin yerləşdiri Yüksək Texnologiyalar Parkında keçirilən tədbir zamanı hazırkı qlobal informasiya texnologiyaları trendləri, dünyada İT sahəsində tətbiq edilən ən mütərəqqi texnologiyalar barəsində fikir mübadiləsi aparıldı. Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov tərəfindən şirkətin keçdiyi inkişaf yolu və həyata keçirdiyi innovativ İT layihələri barədə də məlumat verildi. Tələbələrlə qarşılıqlı dialoq aparıldı və dərslərində fərqlənənlərin şirkətin həyata keçirdiyi layihələrdə təcrübə keçməsinin reallaşması qərara alındı. [...]

Ətraflı
Add alt tag

Azərbaycanın İT şirkəti məhsullarını Afrika bazarına çıxarır

2016-01-08

Azərbaycanda milli valyutanın kəskin devalvasiyaya uğraması ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişaf etdirilməsinin müstəsna çıxış yolu olduğunu bir daha sübut etdi. Azərbaycanın ixracının 90%-dən çoxu neft və neft məhsullarıdır və ölkəmizə daxil olan xarici valyuta hazırda əsas etibarilə neft satışından əldə olunur. Belə bir dönəmdə Azərbaycanın innovativ və aparıcı texnologiya şirkəti olan Neuron Technologies beynəlxalq bazarlara çıxış üzrə strateji qərar verərək, informasiya texnologiyaları sahəsində həllərinin müxtəlif ölkələrdə fəal təşviqinə başlamışdır. Şirkət hal-hazırda Mərkəzi Asiya və Afrikanın bir sıra ölkələrində beynəlxalq tenderlərdə iştirak edir. [...]

Ətraflı
Add alt tag

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 28-də Kənd Təsərrüfatı Nazirliyinin Bakıda “Baytarlıq şəhərciyi”nin açılışında iştirak edib.

2015-12-28

Bu gün “Neuron Technologies” şirkəti üçün əlamətdar hadisə baş verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 28-də Kənd Təsərrüfatı Nazirliyinin Bakıda “Baytarlıq şəhərciyi”nin açılışında iştirak edib. Dövlətimizin başçısı şəhərciyin rəmzi açılışını bildirən lenti kəsdi və burada görülən yenidənqurma işləri ilə tanış oldu. Prezident İlham Əliyevə burada yaradılan şərait barədə məlumat verildi. Bildirildi ki, “Baytarlıq şəhərciyi”ndə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin, Respublika Baytarlıq Laboratoriyasının və Baytarlıq Elmi-Tədqiqat İnstitutunun yeni inzibati binaları yerləşir. Dövlət Baytarlıq Nəzarəti Xidmətinin yeni inzibati binasında əsaslı şəkildə aparılan yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olundu. [...]

Ətraflı
Add alt tag

Bakı Biznes Mərkəzində Milli İnternet Mükafatı - Milli Net 2015 qaliblərinin mükafatlandırılması mərasimi

2015-12-17

17 dekabr 2015-ci il tarixdə Bakı Biznes Mərkəzində Milli İnternet Mükafatı - Milli Net 2015 qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov iştirak edib və mükafatın qaliblərini mükafatlandırıb. Tədbirdə çıxış edən şirkət rəhbəri Milli Net mükafatının ölkəmizin informasiya cəmiyyətinin formalaşmasında əhəmiyyətini qeyd edib. [...]

Ətraflı
Add alt tag

Neuron Technologies Microsoft ilə partnyorluğunu genişləndirir

2015-12-10

Xəbər verdiyimiz kimi, Neuron Technologies şirkəti beynəlxalq texnologiya şirkətləri ilə fəal əməkdaşlıq edir. Ötən müddət ərzində Neuron Technologies Microsoft şirkətinin Azərbaycanda etibarlı partnyoruna çevrilib. Şirkət proqram təminatı həllərinin Microsoft platformasında hazırlanması prosesini genişləndirməkdə davam edir. Microsoft ilə əməkdaşlığımız artıq yeni müstəviyə keçib. Neuron Technologies Microsoftun Azure bulud platforması üzrə etibarlı yerli tərəfdaşı kimi özünü doğrultmaqda davam edir. İndi isə Microsoft ilə “Business İntelligence” və “Big Data Analysis” - iri həcmi məlumatların emalı və təhlil edilməsi istiqamətində əməkdaşlığa başlamışıq. [...]

Ətraflı
Add alt tag

İsmayıl Ələkbərov İctimai TV-nin Diqqət Mərkəzi verilişində - elektron kənd təsərrüfatı

2015-12-08

Bu gün Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov İctimai TV-nin Diqqət Mərkəzi verilişinin qonağı olub. Söhbət zamanı şirkət tərəfindən elektron kənd təsərrüfatı sahəsində həyata keçirilən layihələr, xüsusilə də “Fermer Evi” kompleks elektron idarəetmə sisteminin uğurlu tətbiqi barədə məlumat verilib. Bu veriliş geniş ölkə ictimaiyyətinin böyük marağına səbəb olub. Verilişdən sonra ölkəmizin müxtəlif bölgələrindən olan fermerlər və aqrar sahədə çalışan insanlar şirkətimizə müraciət edərək, Fermer Evi elektron platformasına qoşulmaq və ərsəyə gətirdikləri məhsulları dünya bazarlarına çıxarmaq üçün şirkətimizlə əməkdaşlıq etmək arzusunda olduqlarını bildirib. [...]

Ətraflı
Add alt tag

Kənd Təsərrüfatında müasir informasiya texnologiyaları vasitəsilə məhsuldarlıq 2 dəfə artacaqdır.

2015-12-07

Neuron Technologies şirkətinin rəhbəri İTV telekanalına verdiyi müsahibəsində şirkətimizin kənd təsərrüfatı sahəsində tətbiq etməyə hazırlaşdığı innovativ texnologiyalar barədə danışdı. 7 Dekabr 2015-ci il [...]

Ətraflı
Add alt tag

Azərbaycanın "Neuron Technologies" şirkəti dünyanın ən mühüm biznes mükafatlarından olan “The Bizz 2015”in qalibi elan olunub.

2015-12-01

Xəbər verdiyimiz kimi, Azərbaycanın "Neuron Technologies" şirkəti dünyanın ən mühüm biznes mükafatlarından olan “The Bizz 2015”in qalibi elan olunub. Bu nüfuzlu beynəlxalq mükafat bir müddət öncə elan edilib və mükafatın rəsmən təsdiq edildiyi sertifikatlar “Neuron Technologies” şirkətinə təqdim edilib. Sevindirici haldır ki, Dünya Biznes Konfederasiyası Azərbaycanın “Neuron Technologies” şirkətini “World Business Leader” – dünya biznes lideri, şirkətin rəhbəri İsmayıl Ələkbərovu isə “World Leader Businessperson” – dünyanın lider iş adamı nominasiyalarının qalibi elan edib. [...]

Ətraflı
Add alt tag

Azərbaycan şirkəti kiber təhlükəsizlik istiqamətində fəaliyyətə başlayır

2015-11-26

Ötən həftə Rusiyanın Moskva şəhərində “Zero Nights 2015” informasiya təhlükəsizliyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib və tədbirdə Azərbaycanı Neuron Technologies şirkətinin informasiya təhlükəsizliyi bölməsinin rəhbəri Əli Hüseyn Əliyev təmsil edib. Tədbirə dünya ölkələrinin kiber təhlükəsizlik üzrə nüfuzlu şirkətləri və tanınmış beynəlxalq ekspertlər iştirak edib. Qeyd edək ki, bu tədbir il ərzində kiber təhlükəsizlik üzrə dünyada keçirilən ən mühüm beynəlxalq forumlardan biri hesab edilir. Avropa və Asiya ölkələrin etik xakerləri hər il ənənəvi olaraq bu konfransa qatılır. Tədbirdə kiber təhlükəsizliyin praktiki məsələləri, veb üzərindən yeni hücum metodları, yeni təhlükə mənbələri, kiber müdafiə taktikaları, təhlükəsizlik həlləri barədə müzakirələr aparıldı. [...]

Ətraflı
Add alt tag

Neuron Technologies şirkəti elektron kənd təsərrüfatı layihəsini uğurla başa vurdu

2015-11-25

Neuron Technologies şirkəti ölkəmizdə ilk dəfə olaraq, elektron kənd təsərrüfatı həllərinin tətbiqinə başlayıb. Fermer Evinin kompleks elektron idarəetmə sistemi artıq istifadəyə verilib. Layihə çərçivəsində AR Kənd Təsərrüfatı Nazirliyi ilə tərəfdaşlıq vasitəsilə Qubada Aqrar-Elm Mərkəzinin nəzdində Fermer Evi yaradılıb, burada mütərəqqi elektron idarəetmə sistemləri və müasir İKT infrastrukturu qurulub. Fermer Evi kompleks elektron idarəetmə sistemi ayrı-ayrı sistemlərdən ibarətdir. Bu sistemə fermerlərin elektron məlumat bazası, elektron aqrar sistemi, onlayn ticarət portalı, aqrar bilik bazası, fermerlərin və sistem istifadəçilərinin sosial şəbəkəsi və forumlar, onlayn-oflayn və real zamanda təşkil olunacaq təlimlər, müəssisə idarəetmə sistemləri, o cümlədən kadrların elektron idarəetmə edilməsi, onlayn çat və bir sıra digər innovativ funksionallıqlar daxildir. Bu kompleks sistem çoxsaylı fermer ictimaiyyətini, aqrar sahə üzrə müvafiq dövlət qurumlarını, biznes dairələrini vahid bir elektron məkanda birləşdirir. Fermerlər Fermer Evinə gələrək, onlayn nöbvə sistemi vasitəsilə aqrotexniki, bitki mühafizəsi, baytarlıq və zootexniki, meyvəçilik, biznes planlaşdırma, kredit və sığorta, hüquq və marketinq sahələri üzrə mütəxəssislərdən məsləhətlər ala biləcəklər. Bütün bu xidmətlər həmçinin şirkətin qurduğu onlayn çağrı mərkəzi vasitəsilə də uzaqdan əlçatan olacaqdır. [...]

Ətraflı
Add alt tag

Neuron Technologies şirkəti Rəqəmsal Marketinq Konfransında

2015-10-31

2015-ci ilin 31 oktyabr tarixində ADA universitetində Facemark.az onlayn marketinq portalının təşkilatçılığı ilə ölkəmizin ilk Rəqəmsal Marketinq Konfransı keçirildi. Mobil marketinq, sosial media marketinqi, rəqəmsal marketinq strategiyası panellərindən ibarət konfransda Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov mobil marketinq panel sessiyasında spiker qismində çıxış edib. Konfransda 344 nəfər yerli mütəxəssis birlikdə müzakirəyə qoşuldu. Bu tədbir ölkəmizdə rəqəmsal marketinq sahəsində ilk dəfə təşkil edilməsi baxımından ölkəmizin marketinq ictimaiyyəti, biznes və akademik dairələrin nümayəndələri tərəfindən maraqla qarşılandı. Tədbirdə hazırda rəqəmsal marketinq sahəsində dünyada davam edən trendlər, çağırışlar və Azərbaycanda inkişaf perspektivləri ətrafında müzakirələr aparılmışdır. [...]

Ətraflı
Add alt tag

Azərbaycan-Serbiya Biznes Forumu

2015-09-28

Sentyabrın 28-də Bakıda Azərbaycan-Serbiya Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının IV iclası keçirilmişdir. Komissiyanın iclası çərçivəsində Azərbaycan-Serbiya işgüzar görüşü də keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 50-dən çox iş adamı da iştirak etmişdir. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) rəhbəri Rüfət Məmmədov Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkənin qazandığı iqtisadi uğurlar barədə serbiyalı qonaqlara məlumat vermiş, Azərbaycanın xarici investisiyalar üçün əlverişli və cəlbedici ölkə olduğunu vurğulamış və iş adamlarını fəal əməkdaşlığa dəvət etmişdir. [...]

Ətraflı
Add alt tag

Neuron Technologies ən nüfuzlu beynəlxalq biznes mükafatlarından olan “The Bizz 2015”in qalibi elan olunub.

2015-07-23

“Azərbaycanın Neuron Technologies şirkəti dünyanın ən mühüm biznes mükafatlarından hesab olunan “The Bizz 2015” beynəlxalq biznes mükafatının qalibi elan olunub. Bu mükafat baş iqamətgahı ABŞ-ın Hyuston şəhərində yerləşən Dünya Biznes Konfederasiyası tərəfindən təsis olunub. Artıq neçə illərdir ki, dünyanın tanınmış beynəlxalq şirkətləri biznesdə əldə etdiyi nailiyyətlərə görə bu mükafatın qalibi seçilir. Dünya Biznes Konfederasiyası tərəfindən dünyanın 3000-dən artıq şirkəti arasında aparılan araşdırma və tədqiqatın nəticəsi olaraq, Konfederasiyanın Qiymətləndirmə Komitəsinin qərarına əsasən, 2015-ci il üzrə keçirilən nominasiyada Azərbaycanın Neuron Technologies şirkəti qaliblər siyahısına daxil edilib. [...]

Ətraflı
Add alt tag

Neuron Technologies şirkəti “Startup Azərbaycan 2015” milli konfransında

2015-05-15

Bu gün Park İnn Otelində “Startap Azərbaycan 2015” layihəsinin yekun təqdimat mərasimi və “Startap Azərbaycan 2015” milli konfransı keçirilib. Tədbirdə Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov panelçi qismində iştirak edib. İsmayıl Ələkbərov tədbirin açılış mərasimində Azərbaycanda startap mühitində problemlər və perspektivlər mövzusunda çıxış edib, ölkəmizdə startapların qarşılaşdıqları çətinliklər və onların həlli yolları, informasiya texnologiyaları bazarındakı cərəyanlar, biznes modellər, İT məhsulların bazara çıxarılması və perspektiv sahələr barədə söhbət aparıb. Şirkət rəhbəri “Startup Azərbaycan 2015” layihəsinin qaliblərini təbrik edib və Neuron Technologies şirkətinin onlarla əməkdaşlığa hazır olduğunu bəyan edib. Milli konfransın sonunda şirkətin rəhbəri digər həmkarları ilə birlikdə finala çıxan startaplarla investor qismində qapalı görüşdə ( pitç sessiya) iştirak etdi. Qalib gələn startap komandasının üzvləri ilə Neuron Technologies şirkətinin gələcək işbirliyi ilə [...]

Ətraflı
Add alt tag

Azərbaycan-Vyetnam Biznes Forumu

2015-05-15

Mayın 14-də Bakıda Azərbaycan-Vyetnam biznes-forumu keçirilib və Neuron Technologies şirkətinin rəhbərliyi tədbirdə iştirak edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanq biznes forumda iştirak ediblər. Dövlət başçıları forumda çıxış ediblər. Biznes-forumda Azərbaycandan və Vyetnamda rəsmi şəxslərlə yanaşı, neft-qaz, enerji, tikinti, İKT, maliyyə və bank, kənd təsərrüfatı, sənaye, ticarət, xidmət, turizm, nəqliyyat, əczaçılıq və digər sahələrdə fəaliyyət göstərən 170-ə yaxın iş adamı iştirak edib [...]

Ətraflı
Add alt tag

İsmayıl Ələkbərovun İctimai Televiziya və Radio Yayım Şurasınına üzvlüyü irəli sürülüb

2015-05-14

Neuron Technologies şirkətinin ölkəmizin ictimai həyatında rolu artmaqda davam edir. Şirkət Azərbaycan Sahibkarlar Konfederasiyasının fəal üzvüdür. Şirkətimizin rəhbəri İsmayıl Ələkbərov Konfederasiyanın rabitə, informasiya texnologiyaları və nəqliyyat Komitəsinin Sədr müavinidir. Milli Məclisin Mədəniyyət Komitəsinin mayın 13-də keçirilən iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlyi irəli sürülən şəxslərin təyin edilməsi məsələsi müzakirə olunub. [...]

Ətraflı
Add alt tag

Neuron Technologies şirkətində Milli Proqram Təminatları hazırlanır

2015-05-06

Neuron Technologies şirkətinin Azərbaycanda uğurlu İKT həllərini həyata keçirməsi geniş marağa səbəb olub. Şirkətimiz mütəmadi olaraq, kütləvi-informasiya vasitələri ilə ölkə əhalisi arasında mütərəqqi texnologiyaların təşviqini həyata keçirir. Bu gün Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov İctimai TV-nin xəbərlər proqramına müsahibəsi zamanı şirkət tərəfindən ölkəmizdə işlənib-hazırlanan proqram təminatı həlləri barədə söhbət aparmışdır. Ölkəmizdə təhsil, səhiyyə, kənd təsərrüfatı, bank və maliyyə sahələrində milli proqram təminatı həllərinin tətbiqinin əhəmiyyəti qeyd edilmiş, milli məhsulların xarici məhsullar ilə müqayisədə kommersiya cəhətdən daha münasib olduğu vurğulanmışdır. [...]

Ətraflı
Add alt tag

ADİU-da elektron kitabxananın təqdimatı keçirilib

2015-04-23

Azərbaycan Dövlət İqtisad Univeristetində elektron kitabxananın təqdimat mərasimi keçirilib. Tədbirdə Neuron Technologies şirkətinin nümayəndələri iştirak edib. İnteraktiv formatda keçirilən tədbirdə sayt barəsində geniş informasiya çatdırılıb. Library.asue.edu.az domenində qurulan elektron kitabaxananın saytında 5 dildə 2573 adda kitab təsvir olunub. Bazaya yerləşdirilən kitabların 402 ədədi yüklənə bilən “PDF” formatındadır. Zəngin resurlara malik saytda elektron mühazirələr, video-dərsliklər, monoqrafiyalar, dərs vəsaitləri, müvəqqəti və daimi istifadəyə verilən məlumat bazalarına keçidlər, qəzet və jurnalların veb səhifələrinə keçidlər, fənlər üzrə işçi tədris proqramları yerləşdirilib. [...]

Ətraflı
Add alt tag

Azərbaycan-Sinqapur Biznes Forumu

2015-04-17

Bu gün Bakı Biznes Mərkəzində Azərbaycan-Sinqapur Biznes Forumu keçirildi. Tədbirdə Neuron Technologies şirkətinin nümayəndələri də iştirak etdi. Biznes Forumda hər iki tərəfdən İKT, logistika, əczaçılıq, neft-mədən sənayesi avadanlığı, metallurgiya, elektroenergetika və digər sahələrdə fəaliyyət göstərən 50-dən çox iş adamı iştirak etdi. Tədbirdə ölkəmizin xarici investisiyalar üçün əlverişli və cəlbedici olduğu vurğulandı, sinqapurlu iş adamları azərbaycanlı həmkarları ilə fəal əməkdaşlığa dəvət edildi. Sinqapur tərəfi Azərbaycan iqtisadiyyatına marağın böyük olduğunu bildirdi. [...]

Ətraflı
Add alt tag

Diqqət mərkəzi: kənd təsərrüfatı ilinin tədbirlər planı

2015-04-13

Məlum olduğu kimi, ölkə başçımız tərəfindən 2015-ci il kənd təsərrüfatı ili elan edilib. Kənd təsərrüfatında görüləcək işlərlə bağlı Prezident tərəfindən ötən həftə tədbirlər planı təsdiqlənib. Elektron kənd təsərrüfatının yaradılması həyata keçirilən tədbirlərin əsasını təşkil edir. Neuron Technologies şirkəti də bu prosesdən kənarda qalmayıb. [...]

Ətraflı
Add alt tag

Fransalı IT mütəxəssisləri Neuron Technologies şirkətində çalışacaq

2015-04-03

2015-ci ilin 2 aprel tarixində Fransanın ali təhsil müəssisələrinin Azərbaycana səfəri çərçivəsində Fransanın Kompyuter Elmləri Universitetinin (EPİTA - Gradute School of Computer Science) icraçı direktoru Joel Kurtua ilə Neuron Technologies şirkətinin nümayəndələri arasında şirkətin ofisində görüş keçirilmişdir. Görüşdə Fransa səfirliyin nümayəndəsi iştirak etmişdir. EPİTA kompyuter elmləri və texnologiya sahəsində dünyanın ən məşhur universitetlərindən biri hesab olunur. Görüş zamanı şirkətinin rəhbəri İsmayıl Ələkbərov Neuron Technologies-in ölkəmizdə ən sürətli inkişaf edən İT şirkətlərindən biri olduğunu diqqətə çatdıraraq, ölkəmizdə İKT üzrə həyata keçirilən fəaliyyət, informasiya texnologiyalarının inkişaf dinamikası, şirkətin həyata keçirdiyi uğurlu layihələr və gələcək perspektivlər barədə söhbət açdı. [...]

Ətraflı
Add alt tag

Neuron Technologies şirkəti Bakutel sərgisində yeni texnologiyaların uğurla təqdim etdi

2015-03-17

Ölkəmizdə sürətli inkişaf edən İT şirkətlərindən olan Neuron Technologies şirkətinin 2014-cü ilin 2-5 dekabr tarixində Bakı Ekspo Mərkəzində təşkil olunmuş Bakutel beynəlxalq sərgi-konfransında təqdim etdiyi yeni texnologiyalar sərgi ziyarətçilərinin böyük marağına səbəb olub. Şirkət İKT-nin inkişafına verdiyi töhfələrə görə Business Times jurnalının təsis etdiyi Azeri Business Award mükafatı çərçivəsində ilin İT şirkəti mükafatına layiq görülüb. Tədbir çərçivəsində Neuron Technologies İngiltərə, Fransa, İtaliya, Xorvatiya, İsrail, Macarıstan, Türkiyə və digər ölkələrin tanınmış İT şirkətləri ilə ikitərəfli görüşlər keçirib və bir sıra beynəlxalq şirkətlərlə tərəfdaşlıq sazişləri imzalanıb. [...]

Ətraflı
Add alt tag

“Neuron Technologies” MMC “İlin İT şirkəti” adına layiq görüldü

2015-03-17

Dekabrın 16-da “JW Mariott Absheron Baku” otelində “Business Time” jurnalının Azərbaycanda biznesin inkişafına dəstək məqsədi ilə təsis etdiyi ənənəvi “Azeri Business Award-2014” Milli mükafatının təqdimetmə mərasimi keçirilib. Azərbaycanın sürətlə inkişaf edən İT şirkəti olan “Neuron Technologies” MMC 2014-cü ilin yekunlarına görə “İlin İT şirkəti” adına layiq görülüb. Bu yüksək mükafat şirkətə ölkəmizin İT sahəsinin inkişafına verdiyi töhfələrə görə təltif edilib. [...]

Ətraflı
Add alt tag

Azərbaycanda rəqəmsal xəstəxanalar yaradılacaqdır

2014-09-05

Azərbaycanda səhiyyə sahəsində müasir informasiya idarəetmə sistemlərinin geniş tətbiqi davam etdirilməkdədir. Yüksək Texnologiyalar Parkında fəaliyyət göstərən Azərbaycan İT şirkəti “Neuron Technologies” xəstəxanaların elektron idarəetmə sistemlərinin inteqrasiyası üzrə dünyanın qabaqcıl texnologiyalarının ölkəmizə tətbiqi üzrə fəaliyyətə başlayıb. [...]

Ətraflı
Add alt tag

2014-CÜ ILIN 23-24 APREL TARIXINDƏ BAKIDA AZƏRBAYCAN-NIDERLAND BIZNES FORUMU KEÇIRILMIŞDIR.

2014-04-25

Niderland Krallığı Senatının üzvü Rene van der Lindenin rəhbərlik etdiyi iş adamlarından nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində keçirilən görüşdə Neuron Technologies şirkəti də iştirak etmişdir. Tədbir çərçivəsində Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov ilə Niderlandın Akadis b.v şirkətinin rəhbəri A.A.Kvitovski arasında ikitərəfli əməkdaşlığa başlanması ətrafında müzakirələr aparılmış və kartoqrafiya və xəritəçəkmə sahəsində informasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə Niderlandın mütərəqqi təcrübəsinin ölkəmizə tətbiqi imkanları barədə fikir mübadiləsi aparılmışdır. [...]

Ətraflı
Add alt tag

Neuron Technologies şirkəti ilə İtaliyanın Exprivia şirkəti arasında Anlaşma Memorandumu və Əməkdaşlıq Sazişi imzalanmışdır.

2014-04-18

Aprelin 17-də Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən "Neuron Technologies" şirkəti ilə İtaliyanın dünyada aparıcı şirkətlərindən olan "Exprivia" arasında Anlaşma Memorandumu və Əməkdaşlıq Sazişi imzalanmışdır. "Neuron Technologies" şirkətinin Yüksək Texnologiyalar Parkındakı ofisində imzalanan sənədləri bu şirkətin təsisçisi və rəhbəri İsmayıl Ələkbərov və "Exprivia" şirkətinin rəhbəri Favuzzi Domeniko imzalamışlar. Bu əməkdaşlığın həyata keçirilməsinə töhfə verən İtaliyanın "Teti Konsaltinq" şirkətinin rəhbəri Sandro Teti də tədbirə qatılmışdır. [...]

Ətraflı
Add alt tag

Neuron Technologies şirkəti ilə Səudiyyə Ərəbistanın iş adamları arasında işgüzar görüş keçirilmişdir

2014-01-10

Saziş şirkətin təsisçisi və rəhbəri İsmayıl Ələkbərov və İnstitutun direktoru akademik Telman Əliyev tərəfindən imzalanmışdır. İmzalama mərasimi institutda baş tutmuş və tədbirdə institutun elmi-pedaqoji kollektivi və şirkətin nümayəndələri iştirak etmişdir.2013-cü ilin 10 dekabr tarixində Bakı Biznes Mərkəzində Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Səudiyyə Ərəbistanı biznes forumu keçirilmişdir. [...]

Ətraflı
Add alt tag

NEURON TECHNOLOGIES ŞIRKƏTI VƏ AZƏRBAYCAN MILLI ELMLƏR AKADEMIYASI İDARƏETMƏ SISTEMLƏRI İNSTITUTU (KIBERNETIKA İNSTITUTU) ARASINDA ƏMƏKDAŞLIQ SAZIŞI IMZALANMIŞDIR.

2013-09-01

Saziş şirkətin təsisçisi və rəhbəri İsmayıl Ələkbərov və İnstitutun direktoru akademik Telman Əliyev tərəfindən imzalanmışdır. İmzalama mərasimi institutda baş tutmuş və tədbirdə institutun elmi-pedaqoji kollektivi və şirkətin nümayəndələri iştirak etmişdir. [...]

Ətraflı
© Copyright 2017 Neuron technologies. All rights reserved.