Neuron Technologies şirkəti Moskvada beynəlxalq sərgidə iştirak edir


2017-ci ilin 25-28 aprel tarixlərində Rusiya Federasiyasının Moska şəhərində 29-cu rabitə və informasiya texnologiyaları üzrə “SVİAZ-17” Beynəlxalq sərgisi keçirilir.  Neuron Technologies şirkəti sərgidə Azərbaycan Milli İKT Pavilyonunda ayrıca stendlə çıxış edir.  Şirkətin Biznes İnkişafı Müdiri Elşad Şiriyev Moskva şəhərinə ezam edilmişdir və o, hazırda Neuron Technologies şirkətini tədbirdə uğurla təmsil edir.  Elşad Şiriyev Moskvanın Expo mərkəzində keçirilən sərgi çərçivəsində şirkətin İT məhsulları və həlləri ziyarətçilərə təqdim edir.  Şirkətin təqdim etdiyi elektron təhsil, elektron kənd təsərrüfatı və elektron səhiyyə həlləri sərgi ziyarətçiləri tərəfindən böyük maraqla qarşılanıb. Artıq Rusiya və digər ölkələrdən olan bir sıra İT şirkətləri ilə danışıqlar aparılmış və əməkdaşlıq münasibətlərinin yaradılması barədə razılığa gəlinmişdir.  Tədbir çərçivəsində əldə olunan nailiyyətlərdən biri də tanınmış istehsalçılar ilə distribyutorluq razılaşmalarıdır.  Neuron Technologies şirkəti Rusiyanın ən böyük UPS və digər avadanlıq istehsalçısı olan Delta şirkəti ilə Azərbaycan üzrə distribyutorluq razılaşması əldə etdi.

Qısa məlumat


2017-04-26


Sviaz 17


2017-ci ilin 25-28 aprel tarixlərində Rusiya Federasiyasının Moska şəhərində 29-cu rabitə və informasiya texnologiyaları üzrə “SVİAZ-17” Beynəlxalq sərgisi keçirilir. Neuron Technologies şirkəti sərgidə Azərbaycan Milli İKT Pavilyonunda ayrıca stendlə çıxış edir. Şirkətin Biznes İnkişafı Müdiri Elşad Şiriyev Moskva şəhərinə ezam edilmişdir və o, hazırda Neuron Technologies şirkətini tədbirdə uğurla təmsil edir. Elşad Şiriyev Moskvanın Expo mərkəzində keçirilən sərgi çərçivəsində şirkətin İT məhsulları və həlləri ziyarətçilərə təqdim edir.

© Copyright 2017 Neuron technologies. All rights reserved.