Neuron Technologies şirkəti ABŞ-ın Qabriel Al Salem Fondunun sertifikatı ilə mükafatlandırıldı


Azərbaycanın sürətli inkişaf edən Neuron Technologies şirkəti ABŞ-ın Kaliforniya ştatında yerləşən beynəlxalq Qabriel-Al Salem Fondu tərəfindən sertifikatla mükafatlandırılıb. Sertifikat bu gün sözügedən fondun tərəfdaşı Avropa Yenidənqurma və İnkişaf Bankının Bakıdakı ofisində Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərova təqdim edilib. Sertifikat Neuron Technologies şirkətinin “Consulting without Borders” beynəlxalq yarışmasında iştirakına və şirkətin innovativ inkişafa verdiyi töhfəsinə görə təltif edilib.

Qabriel-Al Salem Fondu inkişaf etməkdə olan ölkələrdə davamlı iqtisadi inkişafa dəstək verərək, həmin ölkələrin iqtisadi inkişafına töhfə verən təsisatlar arasında seçim aparır və fərqlənənləri təltif edir. Beynəlxalq Fondun 2016-cı ilin 3 noyabr tarixində keçirilən illik konfransında Azərbaycan şirkətləri arasında Neuron Technologies innovasiyalara və yeni texnologiyaların təşviqinə verdiyi töhfələrə görə ABŞ Fondu tərəfindən sertifikatla təltif olunması qərara alındı. Bu tədbir ABŞ-ın Beynəlxalq İnkişaf Assosiasiyası (USAİD) və Avropa və Yenidənqurma İnkişaf Bankının (EBRD) dəstəyi ilə keçirilib. Avropa Yenidənqurma və İnkişaf Bankının Bakı ofisindən verilən məlumata görə, Azərbaycandan yalnız bir şirkət, Neuron Technologies sertifikatla təltifə layiq görülüb.

Qeyd edək ki, Neuron Technologies şirkəti Avropa Yenidənqurma və İnkişaf Bankının "EBRD Business Advisory Services Programme" proqramı cərçivəsində İKT xidmətlərini göstərən Azərbaycan şirkəti olaraq təsdiq edilib.

Qısa məlumat


2016-11-25


Neuron Technologies şirkəti ABŞ-ın Qabriel Al Salem Fondunun sertifikatı


Azərbaycanın sürətli inkişaf edən Neuron Technologies şirkəti ABŞ-ın Kaliforniya ştatında yerləşən beynəlxalq Qabriel-Al Salem Fondu tərəfindən sertifikatla mükafatlandırılıb. Sertifikat bu gün sözügedən fondun tərəfdaşı Avropa Yenidənqurma və İnkişaf Bankının Bakıdakı ofisində Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərova təqdim edilib. Sertifikat Neuron Technologies şirkətinin “Consulting without Borders” beynəlxalq yarışmasında iştirakına və şirkətin innovativ inkişafa verdiyi töhfəsinə görə təltif edilib.

© Copyright 2017 Neuron technologies. All rights reserved.