Neuron Technologies şirkəti Cənubi Koreyanın Səfiri ilə görüşüb


2016-cı ilin 22 noyabr tarixində Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərovun dəvəti ilə Cənubi Koreyanın ölkəmizdəki Səfiri Kim Çanq-qyu ilə şirkətin ofisində görüş keçirildi. Görüş zamanı Neuron Technologies şirkəti ilə Koreyanın İT şirkətləri arasında əməkdaşlığın yaradılması ətrafında müzakirələr aparıldı. Söhbət zamanı İsmayıl Ələkbərov Koreya şirkətləri tərəfindən ölkəmizdə həyata keçirilən İKT layihələrində şirkətinin yerli tərəfdaş ola biləcəyini qeyd etdi. Bu xüsusda, Koreyanın beynəlxalq inkişaf agentliyi KOİCA tərəfindən yerinə yetirilən İT layihələrinə dəstək məsələsinə toxunuldu. Səfir Kim Çanq-qyu da öz növbəsində Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişafı üçün böyük potensialın olduğunu bildirdi və Koreya şirkətlərinin Neuron Technologies ilə əməkdaşlıqda maraqlı olduğunu vurğuladı. Müzakirələr zamanı Koreya Səfiri Neuron Technologies şirkətinin “made in Azerbaijan” brendi altında hazırladığı təhsilin idarə edilməsi platforması, elektron kənd təsərrüfatı, muzey informasiya sistemləri, satışın idarə olunması, hesabat həlləri, interaktiv informasiya idarəetmə sistemləri və digər innovativ texnoloji həllərini yüksək qiymətləndirdi.

Görüş zamanı Koreyanın innovasiyalar, elektron hökumət, kənd təsərrüfatı, tibb, loqistika, nəqliyyat və digər sahələrdə mütərəqqi texnologiyaların tətbiqi üzrə təcrübələrinin və nou-haularının Azərbaycana gətirilməsi və Neuron Technologies şirkətinin bu texnologiya transferi prosesində yaxından iştirakı məsələləri də müzakirə edildi. Görüşdə həmçinin, Yüksək Texnologiyalar Parkının, Koreya Səfirliyinin, Koreyanın World Friends NIPA təşkilatının və Neuron Technologies şirkətinin nümayəndələri iştirak etdi. Görüşün davamı olaraq, Koreyalı mütəxəssislərlə Azərbaycan şirkəti arasında konkret bir neçə layihənin həyata keçirilməsi istiqamətində ilkin danışıqlara başlanması qərara alındı.

Qısa məlumat


2016-11-24


Neuron Technologies şirkəti, Koreya Səfirliyinin, Koreyanın World Friends NIPA təşkilatının


2016-cı ilin 22 noyabr tarixində Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərovun dəvəti ilə Cənubi Koreyanın ölkəmizdəki Səfiri Kim Çanq-qyu ilə şirkətin ofisində görüş keçirildi. Görüş zamanı Neuron Technologies şirkəti ilə Koreyanın İT şirkətləri arasında əməkdaşlığın yaradılması ətrafında müzakirələr aparıldı. Söhbət zamanı İsmayıl Ələkbərov Koreya şirkətləri tərəfindən ölkəmizdə həyata keçirilən İKT layihələrində şirkətinin yerli tərəfdaş ola biləcəyini qeyd etdi. Bu xüsusda, Koreyanın beynəlxalq inkişaf agentliyi KOİCA tərəfindən yerinə yetirilən İT layihələrinə dəstək məsələsinə toxunuldu. Səfir Kim Çanq-qyu da öz növbəsində Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişafı üçün böyük potensialın olduğunu bildirdi və Koreya şirkətlərinin Neuron Technologies ilə əməkdaşlıqda maraqlı olduğunu vurğuladı. Müzakirələr zamanı Kore

© Copyright 2017 Neuron technologies. All rights reserved.