İsmayıl Ələkbərovunun Milli Elmlər Akademiyasındakı alovlu nitqini akademiklər yüksək dəyərləndirib


Dekabrın 2-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində AMEA ilə Azərbaycan Respublikası Sahibkarlar Konfederasiyası arasında elmi nailiyyətlərin və yeniliklərin istehsalatın müxtəlif sahələrində tətbiqi, sahibkarlıq subyektlərinin maarifləndirilməsi və fəaliyyətlərinin inkişafına kömək göstərilməsi ilə bağlı birgə əməkdaşlıq münasibətlərini müəyyənləşdirilməsi istiqamətində müzakirə aparılıb. Görüş zamanı AMEA-nın prezidenti, akademik Akif Əlizadə və ASK-nın prezidenti Məmməd Musayev açılış nitqi söyləyib, elmlə-biznes arasında əməkdaşlığın ölkədə innovativ iqtisadiyyatın dəstəklənməsi, elm və istehsalat arasında əlaqələrin gücləndirilməsi, tətbiqi elmi araşdırmaların bazarın tələbatına uyğunlaşdırılması baxımından olduqca əhəmiyyətli olduğu vurğulanıb. Görüşün sonunda AMEA ilə ASK arasında memorandum imzalanıb.

Görüş zamanı çıxış edən ASK-nın Komissiya Sədri İsmayıl Ələkbərov bu gündən etibarən Azərbaycan elminin, o cümlədən biznesinin tarixində yeni bir səhifənin açılacağını bildirdi. Natiq təmsil etdiyi Neuron Technologies MMC-nin tətbiq etdiyi həllər və texnologiyalar barədə məlumat verdi. İsmayıl Ələkbərov öz çıxışında Azərbaycanda onilliklər ərzində mühüm elmi tədqiqatların aparıldığını, lakin bunların bir çoxunun sənayedə tətbiq edilmədiyini qeyd etdi. Bildirildi ki, alimlərimizin ixtiraları, elmi kəşfləri və tədqiqatlarının real həyata tətbiqi nəticəsində ölkəmizdə mühüm irəliləyişlər əldə etmək olar. Bu istiqamətdə Neuron Technologies şirkətinin AMEA-nın alimləri ilə son illər ərzində həyata keçirilən əməkdaşlıq, Kibernetika İnstitutu ilə akustik monitorinq nəzəriyyəsinin seysmoqrafiyaya, tibbi diaqnostikaya tətbiqi istiqamətində şirkətin alimlərimizlə birgə fəaliyyət barədə qeyd edildi. AMEA-nın Rəyasət Heyətinin üzvləri tərəfindən geniş marağa səbəb oldu, AMEA-nın prezidenti akademik Akif Əlizadə, vitse-prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın akademik-katibi akademik Rasim Əliquliyev, akademik Əhliman Əmiraslanov və digər iştirakçılar İsmayıl Ələkbərovun çıxışını yüksək qiymətləndirdiklərini və onun irəli sürdüyü məsələlərin Azərbaycan elminin inkişafına böyük töhfə verə biləcəyini vurğuladılar.

İsmayıl Ələkbərov öz çıxışında bütün ölkə sahibkarlarını alimlərimizin elmi-işlərinə, tədqiqatlarına sahib çıxmağa səslədi

Qısa məlumat


2016-12-04


AMEA-nın Rəyasət Heyəti, Neuron Technologies


Dekabrın 2-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində AMEA ilə Azərbaycan Respublikası Sahibkarlar Konfederasiyası arasında elmi nailiyyətlərin və yeniliklərin istehsalatın müxtəlif sahələrində tətbiqi, sahibkarlıq subyektlərinin maarifləndirilməsi və fəaliyyətlərinin inkişafına kömək göstərilməsi ilə bağlı birgə əməkdaşlıq münasibətlərini müəyyənləşdirilməsi istiqamətində müzakirə aparılıb. Görüş zamanı AMEA-nın prezidenti, akademik Akif Əlizadə və ASK-nın prezidenti Məmməd Musayev açılış nitqi söyləyib, elmlə-biznes arasında əməkdaşlığın ölkədə innovativ iqtisadiyyatın dəstəklənməsi, elm və

© Copyright 2017 Neuron technologies. All rights reserved.