İsmayıl Ələkbərov ASAN Xidmət yanında İctimai Şuranın iclasında iştirak edib


16 sentyabr 2016-cı il tarixində Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın üzvü qismində növbəti toplantıda iştirak edib. Toplantıda dövlət xidmətlərinin qiymətləndirlməsi üzrə “ASAN Xidmət İndeksi” ətrafında müzakirələr aparılıb.

ASAN Xidmət İndeksi çərçivəsində bütün dövlət xidmətləri çoxsaylı parametrlər üzrə qiymətləndiriləcək. Dövlət qurumları hər bir xidmətdən istifadə üzrə hesabatlar hazırlamalı olacaq. Elektron Xidmətlərin təşviqi üzrə İctimai Şura da xidmətlərin qiymətləndirmə proseduraları ilə bağlı Təkliflər hazırlayıb. Həmçinin hazırda Dövlət xidmətləri ilə bağlı Qanun layihəsi hazırlanır. Bununla bağlı da İctimai Şura tərəfindən Təkliflər hazırlanıb və ASAN Xidmətə təqdim olunacaq.
İctimai Şuranın üzvü İsmayıl Ələkbərov hesab edir ki, ASAN indeksin yaradılması mütərəqqi dünya təcrübəsinə əsaslanır və dövlət xidmətlərinin xüsusi qiymətləndirmə sistemi vasitəsilə mütəmadi monitorinqi və indeksləşdirilməsi ölkəmizdə dövlət xidmətlərinin göstərilməsində ciddi keyfiyyət dəyişiklikləri baş verəcək və bu sahədə yeni bir eranın başlanğıcı olacaqdır.

Qısa məlumat


2016-09-19


Asan Xidmət Neuron Technologies


İsmayıl Ələkbərov ASAN Xidmət yanında İctimai Şuranın iclasında iştirak edib 16 sentyabr 2016-cı il tarixində Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın üzvü qismində növbəti toplantıda iştirak edib. Toplantıda dövlət xidmətlərinin qiymətləndirlməsi üzrə “ASAN Xidmət İndeksi” ətrafında müzakirələr aparılıb

© Copyright 2017 Neuron technologies. All rights reserved.