Azərbaycanın İT şirkəti Qırğızıstanda keçirilən beynəlxalq tenderdə qalibiyyətin bir addımlığındadır


Ölkəmizin sürətlə inkişaf edən Neuron Technologies şirkəti Qırğızıstanda keçirilən tenderdə qalibiyyətin astanasındadır.  Azərbaycan şirkəti Qazaxıstanda fəaliyyət göstərən tərəfdaş şirkəti ilə konsorsium yaradaraq, Qırğızıstanın Manas beynəlxalq hava limanının elan etdiyi elektron sənəd dövriyyəsinin və kargüzarlığın yaradılması və tətbiqi üzrə beynəlxalq tenderdə iştirak edir.

Artıq tender təklifləri təqdim edilmiş və ilkin nəticələr elan edilmişdir.  Neuron Technologies şirkətinin bütün digər İT şirkətlərini arxada qoyaraq, kommersiya cəhətdən ən rəqabətli təklif təqdim etdiyi Qırğızıstan tərəfinin bu gün elan edilən rəsmi məlumatında öz təsdiqini tapmışdır.   Qiymət və texniki parametrlər cəhətdən Qırğızıstanın və digər ölkələrin yerli şirkətlərini arxada qoyması bir daha göstərir ki, Neuron Technologies şirkəti rəqabətədavamlı həlləri və qiyməti ilə seçilən bir şirkətdir.  Hazırda Qırğızıstanın Manas beynəlxalq hava limanının elan etdiyi tenderdə iştirak edən şirkətlərin təkliflərinin texniki qiymətləndirilməsi aparılır. Neuron Technologies şirkəti texniki qiymətləndirmədə də uğur qazanacağı təqdirdə, bu beynəlxalq tenderin qalibi olacaqdır.

Neuron Technologies şirkətindən əldə olunan məlumata əsasən, konsorsium yaradılarkən onun iştirakçılarının keçirilən bu tenderin predmetinə uyğun olaraq həmin layihəyə oxşar layihələrdə iş təcrübəsi, kadr potensialı, maliyyə imkanları və ölkə xaricində reallaşdırılmış layihələrdə iştirak təcrübəsi kimi çox mühüm göstəricilər nəzərə alınmışdır.

Qısa məlumat


2016-08-30



Ölkəmizin sürətlə inkişaf edən Neuron Technologies şirkəti Qırğızıstanda keçirilən tenderdə qalibiyyətin astanasındadır. Azərbaycan şirkəti Qazaxıstanda fəaliyyət göstərən tərəfdaş şirkəti ilə konsorsium yaradaraq, Qırğızıstanın Manas beynəlxalq hava limanının elan etdiyi elektron sənəd dövriyyəsinin və kargüzarlığın yaradılması və tətbiqi üzrə beynəlxalq tenderdə iştirak edir.

© Copyright 2017 Neuron technologies. All rights reserved.