Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov Azərbaycan-Koreya e-Hökumət forumunda iştirak edib


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN xidmət) tərəfindən Dövlət İdarəçiliyi üzrə Azərbaycan-Koreya Əməkdaşlıq Forumu keçirilib. Tədbir çərçivəsində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Koreyanın Daxili İşlər Nazirliyi arasında E-hökumət və dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Azərbaycan tərəfdən sənədi Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəhbəri İnam Kərimov, qarşı tərəfdən isə Koreyanın Daxili İşlər Naziri Honq Yun-Sık imzaladı.

Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov tədbirdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN xidmət) yanında İctimai Şuranın üzvü qismində iştirak edib.

Qeyd edək ki, Azərbaycan-Koreya arasında dövlət başçıları səviyyəsində bir sıra səfərlər həyata keçirilib. Koreya daxili işlər nazirinin bu səfəri də dostluq əlaqələrinin inkişafına öz töhfəsini verəcək, əməkdaşlıq daha da intensivləşəcək. İmzalanan anlaşma memorandumu qarşılıqlı faydalı əməkdaşlıq üçün lazımi hüquqi çərçivəni təmin edəcək. “ASAN xidmət”ə indiyədək 11 milyon nəfər müraciət edib. Dörd il əvvəl fəaliyyətə başlayan “ASAN xidmət”dən məmnunluq indeksi 98 faizdir. Azərbaycanda elektronlaşdırmanın dövlət siyasətinin prioritetlərindən birini təşkil edir. Elektron hökumət, ASAN ödəniş sistemi, dövlət xidmətlərinin reyestri, əcnəbilər üçün ASAN viza sistemi elektron hökumət sahəsində icra olunan tədbirlərdir. “ASAN xidmət” elektron xidmətin təşkili ilə yanaşı, onun qiymətləndirməsini də həyata keçirir.

Qısa məlumat


2016-08-26



Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN xidmət) tərəfindən Dövlət İdarəçiliyi üzrə Azərbaycan-Koreya Əməkdaşlıq Forumu keçirilib. Tədbir çərçivəsində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Koreyanın Daxili İşlər Nazirliyi arasında E-hökumət və dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Azərbaycan tərəfdən sənədi Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəhbəri İnam Kərimov, qarşı tərəfdən isə Koreyanın Daxili İşlər Naziri Honq Yun-Sık imzaladı.

© Copyright 2017 Neuron technologies. All rights reserved.