Prezidentin İqtisadi İslahatlar üzrə Köməkçisinin Xidməti və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində növbəti iclası


Azərbaycan Respublikası Prezidentinin Xidməti və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində kiçik və orta Sahibkarlıq üzrə alt-işçi qrupun toplantısı keçirildi. Tədbirdə ölkənin aparıcı iş adamları, sahibkarlar təşkilatları iştirak etdi. Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov iclasda Azərbaycan Sahibkarlar Konfederasiyasının İKT Komissiyasının sədri qismində iştirak etdi. Tədbirdə ölkənin artımını sürətləndirmək məqsədilə kiçik və orta sahibkarlar üçün gələcəyə baxış mövzusunda müzakirələr aparıldı. İclasda çıxış edən İsmayıl Ələkbərov ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı üçün biliyə və intellektə əsaslanan modelin tətbiqinin zəruriliyini vurğuladı. O həmçinin bildirdi ki, ölkəmizdə informasiya və kommunikasiya texnologiyaları sahəsində sahibkarlığın daha da inkişaf etdirilməsi üçün bu sahədə ixracın təşviq edilməsi, ixrac olunan İKT məhsullarına ƏDV-nin tətbiqinin müəyyən müddətə ləğv edilməsi, xarici tenderlərdə iştirak edən şirkətlərimizə dövlət tərəfindən bank zəmanətlərinin verilməsi, elektron ticarətin inkişafı üşün qanunvericilik bazasının möhkəmləndirilməsi, PayPal kimi beynəlxalq ödəmə sistemlərinin ölkəmizdə tətbiqi, startapların real inkişafı və İKT sahəsində insan resurslarının inkişafı üçün xüsusi proqramların hazırlanması labüddür. İsmayıl Ələkbərov həmçinin bildirdi ki, ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı üçün azad rəqabətin formalaşdırılması ən əsas amildir. Bu gün ölkəmizdə bir çox hallarda dövlət qurumları tərəfindən satınalma tenderləri düzgün və şəffaf aparılmır və nəticədə azad rəqabətin aparılması təmin olunmur. Tədbir çərçivəsində ölkəmizin nüfuzlu sahibkarları tərəfindən kiçik və orta sahibkarlığın inkişafı istiqamətində təkliflər Azərbaycan Prezidenti yanında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə təqdim edildi.

Qısa məlumat


2016-08-26


Neuron Technologies, Azərbaycan Sahibkarlar Konfederasiyası


Azərbaycan Respublikası Prezidentinin Xidməti və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində kiçik və orta Sahibkarlıq üzrə alt-işçi qrupun toplantısı keçirildi. Tədbirdə ölkənin aparıcı iş adamları, sahibkarlar təşkilatları iştirak etdi. Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov iclasda Azərbaycan Sahibkarlar Konfederasiyasının İKT Komissiyasının sədri qismində iştirak etdi. Tədbirdə ölkənin artımını sürətləndirmək məqsədilə kiçik və orta sahibkarlar üçün gələcəyə baxış mövzusunda müzakirələr aparıldı. İclasda çıxış edən İsmayıl Ələkbərov ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı üçün biliyə və intellektə əsaslanan modelin tətbiqinin zəruriliyini vurğuladı. O həmçinin bildirdi ki, ölkəmizdə informasiya və kommunikasiya texnologiyaları sahəsində sahibkarlığın daha da inkişaf etdirilməsi üçün bu sahədə ixracın təşviq edilməsi, ixrac olunan İKT məhsullarına ƏDV-nin tətbiqinin müəyyən müddətə ləğv edilməsi, xarici tenderlərdə iştirak edən şirkətlərimizə dövlət tərəfindən bank zəmanətlərinin verilməsi, elektron ticarətin inkişafı üşün qanunvericilik bazasının möhkəmləndirilməsi, PayPal kimi beynəlxalq ödəmə sistemlərinin ölkəmizdə tətbiqi, startapların real inkişafı və İKT sahəsində insan resurslarının inkişafı üçün xüsusi proqramların hazırlanması labüddür. İsmayıl Ələkbərov həmçinin bildirdi ki, ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı üçün azad rəqabətin formalaşdırılması ən əsas amildir.

© Copyright 2017 Neuron technologies. All rights reserved.