Neuron Technologies şirkəti Azərbaycan təhsil sistemində innovativ layihələrini genişləndirir


Neuron Technologies şirkəti Azərbaycan ali təhsil müəssisələrində Unibook – təhsilin və tədrisin informasiya idarəetmə platformasının tətbiqini genişləndirir.  Artıq bir neçə nüfuzlu ali təhsil müəssisəsində uğurla tətbiq olunan bu sistem ötən ildən etibarən Dövlət Neft və Sənaye Universitetində də istifadə edilir.  Ötən ay Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında keçirilən görüşə ASK-nın Komissiya Sədri İsmayıl Ələkbərov da qatılıb.  Görüş zamanı Azərbaycanda sahibkarlıq mühitinin inkişafından söhbət açılıb, ölkəmizdə kadr hazırlığı istiqamətində ADNSU tərəfindən həyata keçirilən fəaliyyət barədə məlumat verilib və sahibkarlar ilə universitet arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.  Görüşün sonunda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Azərbaycan Sahibkarlar Konfederasiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Memorandumu ASK-nın prezidenti Məmməd Musayev və ADNSU rektoru, professor Mustafa Babanlı imzalayıblar. Müqavilənin məqsədi ölkə iqtisadiyyatının dinamik inkişafına cavab verə bilən yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün şəraitin yaradılmasından və bu məqsədlə tərəflərin qarşılıqlı əməkdaşlığının inkişaf etdirilməsindən ibarətdir.

 

Görüş zamanı aparılan müzakirələr qatılan Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov Dövlət Neft və Sənaye Universitetində təhsilin və tədris proseslərinin idarə edilməsi üzrə informasiya sistemi olan – Unibook platformasının hazırkı implementasiya vəziyyətindən söhbət açdı.  Qeyd edildi ki, 9,000 nəfər tələbə və 1,000 nəfərdən artıq müəllim və inzibati heyətin vahid elektron platformada birləşdirən bu sistem universitetdə yaradılan yeni proqressiv mühit sayəsində çox qısa zamanda uğurla tətbiq edilməkdədir.  Artıq universitetdə tələbə və müəllimlərin elektron məlulmat bazası yaradılıb, tədrisin idarə edilməsi elektron vasitələrlə həyata keçirilir, tələbələrin qiymətləndirilməsi elektron jurnallar vasitəsilə idarə edilir.  Hər bir tələbə və müəllim öz fərdi identifikasiya parolları vasitəsilə sistemdə öz profilləri vasitəsilə fərdi tədris planlarını idarə edə bilir, öz aralarında elektron kommunikasiya yarada bilir.  Bu sistem həm də bir növ universitet kontingentinin sosial şəbəkəsi rolunu oynayır.  İsmayıl Ələkbərov xüsusi olaraq vurğuladı ki, bu layihə sayəsində Azərbaycan ali təhsil sistemi tarixində ilk dəfədir ki, çoxminlik tələbə mühiti virtual elektron mühitdə idarə edilir. 

Qısa məlumat


2016-07-04


Neuron Technologies, ADNSU, Dövlət Neft və Sənaye Universiteti


Neuron Technologies şirkəti Azərbaycan ali təhsil müəssisələrində Unibook – təhsilin və tədrisin informasiya idarəetmə platformasının tətbiqini genişləndirir. Artıq bir neçə nüfuzlu ali təhsil müəssisəsində uğurla tətbiq olunan bu sistem ötən ildən etibarən Dövlət Neft və Sənaye Universitetində də istifadə edilir. Ötən ay Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında keçirilən görüşə ASK-nın Komissiya Sədri İsmayıl Ələkbərov da qatılıb. Görüş zamanı Azərbaycanda sahibkarlıq mühitinin inkişafından söhbət açılıb, ölkəmizdə kadr hazırlığı istiqamətində ADNSU tərəfindən həyata keçirilən fəaliyyət barədə məlumat verilib və sahibkarlar ilə universitet arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Görüşün sonunda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Azərbaycan Sahibkarlar Konfederasiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Memorandumu ASK-nın prezidenti Məmməd Musayev və ADNSU rektoru, professor Mustafa Babanlı imzalayıblar. Müqavilənin məqsədi ölkə iqtisadiyyatının dinamik inkişafına cavab verə bilən yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün şəraitin yaradılmasından və bu məqsədlə tərəflərin qarşılıqlı əməkdaşlığının inkişaf etdirilməsindən ibarətdir.

© Copyright 2017 Neuron technologies. All rights reserved.