Asiya İnkişaf Bankının İqtisadi Əməkdaşlıq Proqramının ekspertləri ilə görüş keçirildi


2016-cı ilin 30 iyun tarixində Asiya İnkişaf Bankının Mərkəzi Asiya İqtisadi Əməkdaşlıq (CAREC) Proqramının ekspertləri ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında görüş keçirildi.  Görüşdə ASK-nın Komissiya sədri İsmayıl Ələkbərov iştirak etdi.

 

Görüş zamanı “CAREC Proqramına üzv ölkələrdə regional tranzit ticarətin asanlaşdırılması” layihəsi ilə əlaqədar fikir mübadiləsi aparıldı.  Konfederasiyanın nəzdində fəaliyyət göstərən komissiyaların fəaliyyəti, görülmüş işlər barədə söhbət açıldı.  Bildirildi ki, ASK-nın nəzdində fəaliyyət göstərən 16 komissiyadan biri də “Rabitə, İnformasiya və Kommunikasiya Texnologiyaları Komissiyası”dır ki, onun da fəaliyyəti çoxşaxəlidir. Komissiyanın tərkibində ölkəmizdə informasiya kommunikasiya və texnologiyaları sahəsində fəaliyyət göstərən nüfuzlu şirkətlər təmsil olunur, onların da əsas məqsədi ölkədə informasiya kommunikasiya və texnologiyaları sahəsində mövcud vəziyyəti analiz edərək, beynəlxalq aləmdə yeni layihələrə imza atmaqdır.


ASK-nın tərkibində fəaliyyət göstərən “Rabitə, İnformasiya və Kommunikasiya Texnologiyaları Komissiyası”nın haqqında məlumatı olan qonaqlar bu komissiyanın gələcək əməkdaşlıq üçün yeni imkanlar yaradacaqlarına ümid etdiklərini dilə gətiriblər.  Layihənin koordinatoru Konstantin Naumov bildirib ki, CAREC Proqramı çərçivəsində həyata keçirilən “CAREC Proqramına üzv ölkələrdə regional tranzit ticarətin asanlaşdırılması” layihəsi pilot olaraq 3 ölkədə həyata keçiriləcək. Qırğızıstan, Qazaxıstan və Çin daxil olmaqla 2017-ci ildən tətbiqinə başlanacaq.  Qeyd edək ki, ekspertlərin ölkəmizə səfərinin əsas məqsədi Azərbaycanda da müvafiq təşkilatlarla görüşlər keçirmək, layihə haqqında məlumatlandırmaq, əməkdaşlıq etmək üçün yeni tərəfdaşlar tapmaqdır.Həmçinin ticarətin asanlaşdırılması sahəsində mövcud İKT sisteminin tədqiqatı və Asiya İnkişaf Bankı tərəfindən hazırlanmış hesabatda təklif edilən regional tranzit zəmanət mexanizminin tətbiq olunması məqsədilə İKT sahəsində prioritet sahələri müəyyən etmək olub.

Görüşün sonunda müvafiq informasiya kommunikasiya və texnologiyaları şirkətləri ilə əlaqə yaradılacağına dair razılığa gəlinib.

Qısa məlumat


2016-07-04


Neuron Technologies, Asia inkişaf bankı


2016-cı ilin 30 iyun tarixində Asiya İnkişaf Bankının Mərkəzi Asiya İqtisadi Əməkdaşlıq (CAREC) Proqramının ekspertləri ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında görüş keçirildi. Görüşdə ASK-nın Komissiya sədri İsmayıl Ələkbərov iştirak etdi. Görüş zamanı “CAREC Proqramına üzv ölkələrdə regional tranzit ticarətin asanlaşdırılması” layihəsi ilə əlaqədar fikir mübadiləsi aparıldı. Konfederasiyanın nəzdində fəaliyyət göstərən komissiyaların fəaliyyəti, görülmüş işlər barədə söhbət açıldı. Bildirildi ki, ASK-nın nəzdində fəaliyyət göstərən 16 komissiyadan biri də “Rabitə, İnformasiya və Kommunikasiya Texnologiyaları Komissiyası”dır ki, onun da fəaliyyəti çoxşaxəlidir. Komissiyanın tərkibində ölkəmizdə informasiya kommunikasiya və texnologiyaları sahəsində fəaliyyət göstərən nüfuzlu şirkətlər təmsil olunur, onların da əsas məqsədi ölkədə informasiya kommunikasiya və texnologiyaları sahəsində mövcud vəziyyəti analiz edərək, beynəlxalq aləmdə yeni layihələrə imza atmaqdır.

© Copyright 2017 Neuron technologies. All rights reserved.