Neuron Technologies şirkəti kiber təhlükəsizlik mövzusunda Gəncədə keçirilən regional dəyirmi masa tədbirində iştirak etdi


2016-cı ilin 23 iyun tarixində Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitetində “Dövlət və biznes, təşkilatlar və fərdlərin formalaşmış elektron informasiya resurslarının qorunması: Kibertəhdidlər, risklər və problemlər”  mövzusunda dəyirmi masa tədbiri keçirilib.  Tədbirdə Neuron Technologies şirkətinin kiber təhlükəsizlik bölməsinin rəhbəri Əlihüseyn Əliyev və biznes inkişafı üzrə meneceri Elşad Şiriyev çıxışçı qismində iştirak edərək, aparılan müzakirələrə qatılıb.  Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət  Təşkiltalarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Gəncə Avro-Atlantik Məlumat Mərkəzi  tərəfindən təşkil olunub.  Tədbiri giriş nitqi ilə  Gəncə Avro-Atlantik Məlumat Mərkəzi idarə heyətinin sədri cənab Mehman Xəlilov və Azərbaycan Dövlət Aqrar Universitetinin prorektoru cənab Anar Hətəmov açaraq müasir informasiya dövründə  kibertəhlükəsizlik məsələlərinin aktuallığından və respublikamızda informasiya cəmiyyətinin inkişafı mərhələsində kibertəhlükəsizlik məsələləri ilə bağlı dövlət tərəfindən həyata keçirilən islahatlara ictimai dəstəyin gücləndirilməsinin əhəmiyyətindən bəhs etdilər.

 

Neuron Technologies şirkətinin nümayəndələri tədbir zamanı təqdimatla çıxış edərək özəl qurumların və təhsil müəssisələrinin,  təşkilatların və fərdlərin formalaşmış elektron informasiya resurslarının qorunması üsulları və müdafiə vasitələri haqqında, eyni zamanda mövcud kibertəhdidlər, risklər və problemlər barəsində, o cümlədən təhsilin elektron idarə edilməsi sistemlərinin informasiya təhlükəsizliyi barəsində tədbir iştirakçılarını məlumatlandırmışdırlar.  50 nəfərdən çox universitet əməkdaşlarının, tələbələrin və digər ictimaiyyət nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirin sonunda kibertəhlükəsizlik məsələlərinin bir sıra aspektləri ətrafında müzakirələr və fikir mübadiləsi aparılmışdır.

 

Kibertəhlükəsizlik məsələləri ilə bağlı həyata keçirilən islahatlara ictimai dəstəyin gücləndirilməsi məqsədini daşıyan bu tədbir nəticəsində tədbir iştirakçıları, milli kibertəhlükəsizlik sisteminin möhkəmləndirilməsi sahəsində aparılan islahatlar, dövlət və biznes strukturlarının, təşkilatların və fərdlərin formalaşmış elektron informasiya resurslarının qorunması üsulları və mövcud kibertəhdidlər, milli kibertəhlükəsizlik sisteminin möhkəmləndirilməsi və bununla bağlı respublikamızın beynəlxalq qurumlarla əməkdaşlıq fəaliyyəti barəsində əhəmiyyətli  məlumatlar əldə etdilər.

Qısa məlumat


2016-06-25


Neuron Technologies, Gəncə Aqrar Universiteti, Kiber Təhlükəsizlik


Kiber təhlükəsizlik mövzusu dövrümüzün ən aktual məsələlərindən birinə çevrilib. Neuron Technologies şirkəti kiber təhlükəsizlik təhdidlərinin aradan qaldırılması və preventativ tədbirlərin görülməsi istiqamətində fəaliyyətini genişləndirir. 2016-cı ilin 23 iyun tarixində Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitetində “Dövlət və biznes, təşkilatlar və fərdlərin formalaşmış elektron informasiya resurslarının qorunması: Kibertəhdidlər, risklər və problemlər” mövzusunda dəyirmi masa tədbiri keçirilib. Tədbirdə Neuron Technologies şirkətinin kiber təhlükəsizlik bölməsinin rəhbəri Əlihüseyn Əliyev və biznes inkişafı üzrə meneceri Elşad Şiriyev çıxışçı qismində iştirak edərək, aparılan müzakirələrə qatılıb.

© Copyright 2017 Neuron technologies. All rights reserved.