Neuron Technologies şirkəti Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri çərçivəsində keçirilən Biznes Forumda fəal iştirak edib


Məlum olduğu kimi, 2016-cı ilin 7 iyun tarixində Azərbaycan Prezidenti cənab İlham Əliyevin Almaniyaya rəsmi səfəri çərçivəsində Almaniyanın paytaxtı Berlin şəhərində ölkə başçımızın iştirakı ilə Almaniya-Azərbaycan Biznes Forumu keçirilib. Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov və ölkəmizin tanınmış şirkət rəhbərləri, müxtəlif dövlət qurumlarının və işgüzar dairələrin mümayəndələri tədbirdə iştirak edib. Biznes Forum Almaniya Federal İqtisadiyyat və Enerji Nazirliyinin tarixi binasında keçirildi. Biznes Forum çərçivəsində keçirilən ikitərəfli görüşlərdə İsmayıl Ələkbərov Almaniyanın dünyaca tanınmış texnologiya şirkətlərinin rəhbərləri ilə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi ətrafında müzakirələr apardı. Almaniya şirkətləri Azərbaycanda, həmçinin MDB məkanında ən çevik inkişaf edən təşkilatlardan olan Neuron Technologies şirkətinin mütərəqqi texnoloji platformalar əsasında işləyib-hazırladığı həllərini maraqla qarşıladı. Almaniya şirkətləri ilə Azərbaycanın Neuron Technologies şirkəti arasında Şərqi Avropa, Mərkəzi Asiya, Yaxın Şərq və Şimali Afrika bazarlarına ixrac üzrə birgə fəaliyyət göstərilməsinin yol xəritəsinin hazırlanması qərara alındı.

Forumu giriş sözü ilə Almaniyanın Federal İqtisadiyyat və Enerji Naziri cənab Siqmar Qabriel açdı. Natiq Zati-aliləri Prezident İlham Əliyevi və forumda iştirak edən Azərbaycan nümayəndə heyətini salamlayaraq, son illər Azərbaycan və Almaniya iqtisadi əlaqələri barədə məlumat verdi. Prezident İlham Əliyev forum iştirakçılarını salamladı və Azərbaycan iqtisadiyyatının prioritet sahələri və gələcək əməkdaşlıq üçün perspektivləri barədə iştirakçılara ətraflı məlumat verərək, forum iştirakçılarına uğurlar arzuladı. Salamlama nitqləri ilə Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Klaus Şafer, Alman-Azərbaycan Xarici Ticarət palatasının rəhbəri də səmərəli görüşlərin keçirilməsinə ehtiyac olduğunu qonaqların diqqətinə çatdırdılar.
Salamlama nitqlərindən sonra, Anlaşma Memorandumlarının imzalanması baş tutdu. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Almaniyanın Bildunqsverk der Virşaft şirkəti arasında Azərbaycanda peşə təhsilinin inkişafına dair memorandum imzandı. Memorandumu ASK-nın prezidenti Məmməd Musayev və Nortmetal Şirkətinin Sədri Ledel imzaladılar. Sonradan keçirilən iki panel sessiyalarında hər iki tərəfi təmsil edən müxtəlif şirkətlərinin nümayəndələri təqdimatlarla çıxış etdilər. Biznes Forumun sonunda ikitərəfli görüşlər keçirildi.

Qısa məlumat


2016-06-08


Prezident Administrasiyası, Neuron Technologies, Almaniya səfəri,


Məlum olduğu kimi, 2016-cı ilin 7 iyun tarixində Azərbaycan Prezidenti cənab İlham Əliyevin Almaniyaya rəsmi səfəri çərçivəsində Almaniyanın paytaxtı Berlin şəhərində ölkə başçımızın iştirakı ilə Almaniya-Azərbaycan Biznes Forumu keçirilib. Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov və ölkəmizin tanınmış şirkət rəhbərləri, müxtəlif dövlət qurumlarının və işgüzar dairələrin mümayəndələri tədbirdə iştirak edib. Biznes Forum Almaniya Federal İqtisadiyyat və Enerji Nazirliyinin tarixi binasında keçirildi. Biznes Forum çərçivəsində keçirilən ikitərəfli görüşlərdə İsmayıl Ələkbərov Almaniyanın dünyaca tanınmış texnologiya şirkətlərinin rəhbərləri ilə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi ətrafında müzakirələr apardı. Almaniya şirkətləri Azərbaycanda, həmçinin MDB məkanında ən çevik inkişaf edən təşkilatlardan olan Neuron Technologies şirkətinin mütərəqqi texnoloji platformalar əsasında işləyib-hazırladığı həllərini maraqla qarşıladı. Almaniya şirkətləri ilə Azərbaycanın Neuron Technologies şirkəti arasında Şərqi Avropa, Mərkəzi Asiya, Yaxın Şərq və Şimali Afrika bazarlarına ixrac üzrə birgə fəaliyyət göstərilməsinin yol xəritəsinin hazırlanması qərara alındı.

© Copyright 2017 Neuron technologies. All rights reserved.