İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı anti-korrupsiya fəaliyyət planının hesabatını hazırlayacaq.


2016-cı ilin 20 iyun tarixində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) anti-korrupsiya fəaliyyət planının sədri xanım Enery Quinionesin başçılıq etdiyi İƏİT nümayəndə heyəti ilə Azərbaycan sahibkarları arasında Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında görüş keçirildi. Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov ASK-nın İKT Komissiyasının Sədri qismində görüşdə iştirak etdi. Görüşdə həmçinin İƏİT-in katibliyinin, BMT-nin, Avropa Yenidənqurma və İnkişaf Bankının, müvafiq Avropa təsisatlarının, həmçinin Azərbaycanın 20-dən artıq tanınmış şirkətinin nümayəndələri iştirak etdi və ölkəmizdə anti-korrupsiya istiqamətində həyata keçirilən fəaliyyəti müzakirə etdi.

Görüş zamanı İsmayıl Ələkbərov çıxış etdi və təmsil etdiyi Neuron Technologies şirkətinin fəaliyyətindən konkret misallar gətirərək, ölkəmizdə sahibkarlıq və özəl sektorun inkişafında maneələrin aradan qaldırılması, onların fəaliyyətinə hər hansı bir formada müdaxilənin qarşısının alınması istiqamətində aparılan fəaliyyət barədə söhbət apardı.

ASK-nın prezidenti Məmməd Musayev ölkəmizdə hazırda həyata keçirilməkdə olan islahatların uğurlu nəticələri barədə məlumat verərək, qarşılıqlı maraq doğuran məsələlərə toxundu. Müzakirələr zamanı qeyd edildi ki, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi və neftdən asılılığın azaldılması istiqamətində uğurlu iş aparılır. Son illər ərzində ölkədə sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydalar xeyli təkmilləşdirilmiş, sahibkarlığa dövlət maliyyə yardımı mexanizmi işə salınmış, ölkədə bəzi məhsullara ixrac rüsumları ləğv edilmiş, idxalda rüsumların 15 faizlik maksimal həddi müəyyənləşdirilmişdir. Sahibkarlıq subyektlərində yoxlamalar 2 il müddətinə dayandırılıb, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı azaldılıb, lisenziyalar müddətsiz müəyyən edilib, dövlət rüsumunun məbləği Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılıb, lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsinə və “Elektron lisenziya” portalının yaradılmasına başlanılıb. İnvestisiyaların təşviqi üçün mühüm addımlar atılmışdır. Bu da öz növbəsində qeyri neft sektorunun inkişafına və korrupsiya hallarının minimum həddə çatmasına şərait yaradıb.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) anti-korrupsiya fəaliyyət planının sədri xanım Enery Quiniones bildirib ki, rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əsas məqsədi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) anti-korrupsiya fəaliyyət planının 4-cü monitorinqinin hesabatını hazırlamaqdır. Monitorinq çərçivəsində həm özəl, həm də dövlət qurumları ilə görüşəcəklərini deyən Enery Quiniones qeyd edib ki, əvvəlki monitorinqdən fərqli olaraq bu dəfə ölkəmizdə qanunları deyil, artıq qanunlar çərçivəsində aparılan islahatları nəzərdən keçirəcək, real nəticələri araşdıracaq, bununla bağlı hesabat hazırlayacaqlar.

Qısa məlumat


2016-06-21


İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı anti-korrupsiya


2016-cı ilin 20 iyun tarixində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) anti-korrupsiya fəaliyyət planının sədri xanım Enery Quinionesin başçılıq etdiyi İƏİT nümayəndə heyəti ilə Azərbaycan sahibkarları arasında Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında görüş keçirildi. Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov ASK-nın İKT Komissiyasının Sədri qismində görüşdə iştirak etdi. Görüşdə həmçinin İƏİT-in katibliyinin, BMT-nin, Avropa Yenidənqurma və İnkişaf Bankının, müvafiq Avropa təsisatlarının, həmçinin Azərbaycanın 20-dən artıq tanınmış şirkətinin nümayəndələri iştirak etdi və ölkəmizdə anti-korrupsiya istiqamətində həyata keçirilən fəaliyyəti müzakirə etdi.

© Copyright 2017 Neuron technologies. All rights reserved.