Neuron Technologies şirkətinin rəhbəri İctimai Şuranın iclasında iştirak edib


2016-cı ilin 25 may tarixində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə (VXSİ) Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçirilib. Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov İctimai Şuranın üzvü qismində tədbirdə iştirak edib. Toplantıda yerli icra hakimiyyətlərində elektron xidmətlərin təşkili ilə bağlı məsələlər müzakirə olunub. Toplantıda Dövlət Agentliyinin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Elektron Hökumət Portalının Operatorunun (MHM) və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin nümayəndələri də iştirak edib. Toplantıda İctimai Şura tərəfindən əvvəllər Dövlət Agentliyinə təqdim edilən təkliflərin reallaşdırılması istiqamətində fikir mübadiləsi aparılıb. Hazırda yerli icra hakimiyyətlərində və bələdiyyələrdə xidmətlərin elektron formaya keçirilməsi prosesinin kifayət qədər ləngidiyi diqqətə çatdırılıb. Hər bir yerli icra orqanı üzrə Dövlət Reyestrinə daxil edilən xidmətlər haqqında məlumatların heç birisinin yerli icra orqanlarının saytlarında olmadığını bildirib. Müzakirələr zamanı regionlarda elektron hökumət quruculuğunun çox ləng getdiyi və bu prosesin sürətləndirilməsinin vacibliyi qeyd edilib. Müzakirələrdə İctimai Şuranın üzvləri Əliməmməd Nuriyev, İsmayıl Ələkbərov, Sahib Məmmədov, Məhəmməd Muradov, Vasif Mövsümov və adı çəkilən rəsmi qurumların nümayəndələri müzakirələr aparıb. Dövlət Agentliyi və RYTN nümayəndələri yerli icra hakimiyyətlərinin göstərdikləri xidmətlərin müəyyən olunması və bu xidmətlərdən hansıların elektron formaya keçirilməsi istqiamətində müəyyən addımlar atıldığını, bəzi icra hakimiyyətləri ilə bu istiqamətdə görüşlərin keçirildiyini bildiriblər.
Bununla belə cəmi bir rayonda yalnız bir xidmətin elektron formaya keçirildiyi vurğulanıb.

Müzakirələrdə yerli icra orqanlarında elektron xidmətlərin formalaşması və regionlarda elektron hökumət quruculuğu üçün ilk öncə hüquqi-normativ bazanın yaradılmasının və pilot qaydada rayonları və bir neçə elektron xidmətləri seçməklə ikin addımların atılmasının vacibliyi, xidmətlərin elektron formaya keçirilməsinin hüquqi əsaslarının yaradılmasının vacibliyi qeyd edilib. Tədbirdə ilk növbədə region üçün ictimai-sosial əhəmiyyətli xidmətlərin elektron formaya keçirilməsi, maliyyyə resurslarının ayrılması və kadr potensilanın gücləndirilməsi ilə bağlı təkliflər də irəli sürülüb.
İctimai Şuranın toplantısında yerli icra orqanlarında elektron xidmətlərin formalaşması istiqamətində səsləndirilən fikir və rəyləri ümumiləşdirərək Təkliflər hazırlamaq və aidiyyatı qurumların və maraqlı tərəflərin iştirakı ilə geniş müzakirə keçirmək qərara alınıb.

Qısa məlumat


2016-05-26


Neuron Technologies, İctimai Şura, texnologiya, IT


2016-cı ilin 25 may tarixində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə (VXSİ) Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçirilib. Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov İctimai Şuranın üzvü qismində tədbirdə iştirak edib. Toplantıda yerli icra hakimiyyətlərində elektron xidmətlərin təşkili ilə bağlı məsələlər müzakirə olunub. Toplantıda Dövlət Agentliyinin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Elektron Hökumət Portalının Operatorunun (MHM) və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin nümayəndələri də iştirak edib. Toplantıda İctimai Şura tərəfindən əvvəllər Dövlət Agentliyinə təqdim edilən təkliflərin reallaşdırılması istiqamətində fikir mübadiləsi aparılıb. Hazırda yerli icra hakimiyyətlərində və bələdiyyələrdə xidmətlərin elektron formaya keçirilməsi prosesinin kifayət qədər ləngidiyi diqqətə çatdırılıb.

© Copyright 2017 Neuron technologies. All rights reserved.