Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov Avropa texnologiya təsisatının üzvü seçildi


Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov bu gün Avropa Elektron Media Təşəbbüsü Şəbəkəsinin (New European Media) tam hüquqlu üzvü qəbul edildi. Bu təsisat Avropa İttifaqının Yeddinci Çərçivə Proqramına əsasən, Avropa Texnologiya Platforması olaraq yaradılmışdır. Bu Avropa qurumunun fəaliyyətinin əsas məqsədi şəbəkə və elektron media üzrə biznes sektorların inkişafı üçün elektronika istehlakçıları, yayımçılar və telekommunikasiya sahəsində fəaliyyət göstərən qurumlar arasında əməkdaşlığın möhkəmləndirilməsindən ibarətdir. İsmayıl Ələkbərov bu qurumun üzvü qismində ölkəmizin İKT şirkətlərinin maraqlarını təşviq edəcək, həmçinin Avropa İttifaqının Horizon 2020 proqramı çərçivəsində yeni tələblərin cavablandırılması məqsədilə mütərəqqi texnologiyaların tətbiqi istiqamətində fəaliyyət göstərəcək.

Qısa məlumat


2016-05-04


Avropa Elektron Media Təşəbbüsü Şəbəkəsinin, Avropa İttifaqının Horizon 2020


Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov bu gün Avropa Elektron Media Təşəbbüsü Şəbəkəsinin (New European Media) tam hüquqlu üzvü qəbul edildi. Bu təsisat Avropa İttifaqının Yeddinci Çərçivə Proqramına əsasən, Avropa Texnologiya Platforması olaraq yaradılmışdır. Bu Avropa qurumunun fəaliyyətinin əsas məqsədi şəbəkə və elektron media üzrə biznes sektorların inkişafı üçün elektronika istehlakçıları, yayımçılar və telekommunikasiya sahəsində fəaliyyət göstərən qurumlar arasında əməkdaşlığın möhkəmləndirilməsindən ibarətdir.

© Copyright 2017 Neuron technologies. All rights reserved.