Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında “Rabitə, İnformasiya və Kommunikasiya Texnologiyaları Komissiyası” yaradılıb


Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının tərkibində fəaliyyət göstərən “Rabitə, İnformasiya və Kommunikasiya Texnologiyaları Komissiyası”nın ilk iclası keçirilib. İclasda ölkənin bu sahədə fəaliyyət göstərən aparıcı şirkətlərinin rəhbərləri iştirak ediblər.
Cari il ərzində Azərbaycan Sahibkarlar Konfederasiyasının ölkədə özəl sektorun inkişafı istiqamətində böyük öhdəlikləri olduğunu deyən ASK-nın prezidenti Məmməd Musayev yeni yaradılan komissiyanın işinə uğurlar arzuladı. Bildirdi ki, komissiyanın tərkibinə nəzər saldıqda görünür ki, bu komanda gələcəkdə öz işlərini günün tələblərinə uyğun quracaq, ölkədə informasiya kommunikasiya və texnologiyaları sahəsində mövcud vəziyyəti analiz edərək, beynəlxalq aləmdə yeni layihələrə imza atacaqdır.
İclas zamanı komissiyanın əsasnaməsinin ilkin layihəsi müzakirə edildi və bir çox maraqlı təkliflər səsləndirildi. Daha sonra komissiyanın tərkibi təsdiq olunaraq, komissiyanın sədri və katibi seçildi. “Rabitə, İnformasiya və Kommunikasiya Texnologiyaları Komissiyası”nın sədri vəzifəsi “Neuron Technologies” şirkətinin rəhbəri İsmayıl Xəlil oğlu Ələkbərova həvalə olundu.
“Neuron Technologies” şirkətinin rəhbəri İsmayıl Ələkbərov ona göstərilən etimada görə iclas iştirakçılarına öz təşəkkürünü bildirdi. İsmayıl Ələkbərov dedi ki, Azərbaycanda rabitə, informasiya və kommunikasiya texnologiyalarının inkişafı üçün böyük potensial mövcuddur. O həmçinin, komissiyann qarşısında duran vəzifələrdən də söhbət açdı. Bildirdi ki, ölkəmizdə rabitə və İKT sahəsində fəaliyyət göstərən şirkətlərinin maraqlarının əlaqələndirilmiş formada təmsil etmək, milli texnoloji yeniliklərin, proqram təminatı və sistem inteqrasiyası həllərinin xarici ölkələrə ixracının təşviq edilməsi əsas istiqamətlərdən biri olacaqdır. İsmayıl Ələkbərov qeyd etdi ki, sözügedən komissiya rabitə və İKT sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətlərinin maraqlarını təmsil etməklə yanaşı, bu sahədə özəl sektorun inkişafı, milli məhsulların xarici ölkələrdə təşviq edilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması istiqamətində fəaliyyət göstərəcəkdir.
Qeyd edək ki, Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin iclasındə “Rabitə, İnformasiya və Kommunikasiya Texnologiyaları Komissiyası”nın yaradılması qərara alınmışdır.

Qısa məlumat


2016-04-18


ASK Neuron Technologies,yeni komissiya, Rabitə və Texnologiya


Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının tərkibində fəaliyyət göstərən “Rabitə, İnformasiya və Kommunikasiya Texnologiyaları Komissiyası”nın ilk iclası keçirilib. İclasda ölkənin bu sahədə fəaliyyət göstərən aparıcı şirkətlərinin rəhbərləri iştirak ediblər. Cari il ərzində Azərbaycan Sahibkarlar Konfederasiyasının ölkədə özəl sektorun inkişafı istiqamətində böyük öhdəlikləri olduğunu deyən ASK-nın prezidenti Məmməd Musayev yeni yaradılan komissiyanın işinə uğurlar arzuladı. Bildirdi ki, komissiyanın tərkibinə nəzər saldıqda görünür ki, bu komanda gələcəkdə öz işlərini günün tələblərinə uyğun quracaq, ölkədə informasiya kommunikasiya və texnologiyaları sahəsində mövcud vəziyyəti analiz edərək, beynəlxalq aləmdə yeni layihələrə imza atacaqdır. İclas zamanı komissiyanın əsasnaməsinin ilkin layihəsi müzakirə edildi və bir çox maraqlı təkliflər səsləndirildi. Daha sonra komissiyanın tərkibi təsdiq olunaraq, komissiyanın sədri və katibi seçildi. “Rabitə, İnformasiya və Kommunikasiya Texnologiyaları Komissiyası”nın sədri vəzifəsi “Neuron Technologies” şirkətinin rəhbəri İsmayıl Xəlil oğlu Ələkbərova həvalə olundu.

© Copyright 2017 Neuron technologies. All rights reserved.