Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçirilib


Ötən gün Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçirilib və Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov Azərbaycan Sahibkarlar Konfederasiyasının Komissiya Sədri və İctimai Şuranın üzvü qismində tədbirdə iştirak edib. Toplantıda Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən hazırlanan dövlət xidmətlərinin Elektron Reyestrinin (http://www.dxr.az) təkmilləşdirilməsi ilə bağlı İctimai Şura tərəfindən hazırlanan təkliflər müzakirə olunub. İctimai Şuranın Koordinatoru Osman Gündüz hazırlanan təkliflər layihəsi ilə bağlı məlumat verib. Təkliflərin müzakirəsində İctimai Şuranın üzvləri İsmayıl Ələkbərov, Əliməmməd Nuriyev, Hafiz Həsənov, VXSİ Dövlət Agentliyinin şöbə müdiri Fariz Cəfərov, Hüquq şöbəsinin müdiri İlhamə Qədimova iştirak ediblər. Müzakirələrdə Elektron Reyestrin ölkədə dövlət xidmətlərinin göstərilməsi sahəsində idarəetmənin təkmilləşdirilməsində, xidmətlərin keyfiyyətinin yüksəldilməsində və əlçatımlığında əhəmiyyətli rol oynayacağı qeyd edilib. Gələcəkdə bu Reyestrin bütün dövlət xidmətlərinin əsas məlumat bazası olaraq qəbul edilməsi, istənilən mərkəzi və yerli icra orqanlarının, həmçinin də dövlət büdcəsindən maliyyələşən qurumların bütün xidmətləri haqqında məlumatların da bu Elektron Reyestrdə daxil edilməsinin faydalı olacağı vurğulanıb. İctimai Şuranın müzakirələrində Reyestrə daxil edilən bütün dövlət xidmətləri haqqında məlumatların eyni zamanda həmin dövlət qurumunun rəsmi internet resursunda “Dövlət xidməti” bölməsində yerləşdirilməsinin də vacibliyi qeyd edilib. Həmçinin, Reyestrə daxil edilən informativ xarakterli dövlət xidmətlərinin həm də ASAN tərəfindən təqdim edilməsinin faydalı olacağı bildirilib.

Toplantıda yerli icra orqanlarının təqdim etdikləri xidmətlər haqqında məlumatların Reyestrdə öz əksini tapması yüksək qiymətləndirilib və bu xidmətlərin elektron formaya keçirilməsi istiqamətində addımların atılması, maraqlı tərəflərin iştirakı ilə bu istiqamətdə müzakirələrin təşkil olunmasının vacibliyi vurğulanıb. Ümumiyyətlə Reyestrə daxil edilən, lakin elektron formaya keçirilməyən xidmətlərin də elektron formaya keçirilməsi ilə bağlı tədbirlər planının hazırlanmasının da zəruri olduğu qeyd edilib. İctimai Şuranın toplantısında dövlət xidmətlərinin göstərilməsi ilə bağlı mərkəzi və yerli icra orqanları tərəfindən hesabatların hazırlanmasının və bununla bağlı vahid qaydaların müəyyən olunmasının vacibliyi ətrafında müzakirələr aparılıb.

İctimai Şuranın bu toplantısında ölkədə “Dövlət xidmətləri haqqında” Qanun layihəsinin hazırlanması ilə bağlı fikir mübadiləsi də aparılıb və belə bir hüquqi sənədin olmasının faydalı olacağı qeyd edilib. Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın hazırladığı təkliflər VXSİ Dövlət Agentliyinə təqdim ediləcək.

Qısa məlumat


2016-03-16


İctimai Şura, Neuron Technologies. Dövlət Xidmətləri haqqında qanun


Ötən gün Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçirilib və Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov Azərbaycan Sahibkarlar Konfederasiyasının Komissiya Sədri və İctimai Şuranın üzvü qismində tədbirdə iştirak edib. Toplantıda Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən hazırlanan dövlət xidmətlərinin Elektron Reyestrinin (http://www.dxr.az) təkmilləşdirilməsi ilə bağlı İctimai Şura tərəfindən hazırlanan təkliflər müzakirə olunub. İctimai Şuranın Koordinatoru Osman Gündüz hazırlanan təkliflər layihəsi ilə bağlı məlumat verib. Təkliflərin müzakirəsində İctimai Şuranın üzvləri İsmayıl Ələkbərov, Əliməmməd Nuriyev, Hafiz Həsənov, VXSİ Dövlət Agentliyinin şöbə müdiri Fariz Cəfərov, Hüquq şöbəsinin müdiri İlhamə Qədimova iştirak ediblər. Müzakirələrdə Elektron Reyestrin ölkədə dövlət xidmətlərinin göstərilməsi sahəsində idarəetmənin təkmilləşdirilməsində, xidmətlərin keyfiyyətinin yüksəldilməsində və əlçatımlığında əhəmiyyətli rol oynayacağı qeyd edilib.

© Copyright 2017 Neuron technologies. All rights reserved.