Neuron Technologies şirkəti Ağstafa İqtisadi Forumunda iştirak edib


2016-cı ilin 5 mart tarixində Azərbaycan Sahibkarlar Konfederasiyası və Ağstafa rayonunun İcra Hakimiyyətinin təşəbbüsü ilə Ağstafa İqtisadi Forumu keçirilib. Tədbirdə bir sıra dövlət qurumlarının nümayəndələri ilə yanaşı, Bakı şəhəri, Ağstafa, Tovuz və Qazax rayonlarından 120-dən çox sahibkar və fermer iştirak edib. Forumda Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının yerinə yetirilməsi, regionlarda sənayenin inkişafı, sahibkarlara dəstək göstərilməsi məsələləri müzakirə olunub. Tədbirdə Neuron Technologies şirkətinin rəhbəri, Sahibkarlar Konfederasiyasının Komissiya Sədri İsmayıl Ələkbərov iştirak edib. Şirkətimizin rəhbəri ölkə sahibkarları və dövlət qurumları arasında aparılan müzakirələr zamanı çıxış edərək, regionlarda sahibkarlığın inkişafının təşviqi və ölkəmizdə istehsal olunan məhsulların xarici bazarlara ixracının genişləndirilməsi üçün mütərəqqi texnologiyaların tətbiqinin əhəmiyyətini vurğulayıb. İsmayıl Ələkbərov tədbir zamanı sahibkarları və ayrı-ayrı dövlət qurumlarını vahid bir platformada birləşdirə biləcək vahid elektron platformanın yaradılması ideyası ilə çıxış etdi və bu təklif ölkəmizin iri sahibkarları, həmçinin tədbirdə iştirak edən AR İqtisadiyyat Nazirliyinin rəhbərliyi tərəfindən maraqla qarşılandı. Ağstafada sahibkarlığın inkişafının təşviq edilməsi məqsədilə Neuron Technologies şirkəti ilə Ağstafa rayonu İcra Hakimiyyəti arasında mütərəqqi texnologiyalara əsaslanan proqram təminatının hazırlanması ətrafında müzakirələrə başlanması barədə ilkin razılaşma əldə olundu.

Qısa məlumat


2016-03-07


Ağstafa regional biznes forumu, kənd təsərrüfatı, Tovuz, Qazax, Neuron Technologies


2016-cı ilin 5 mart tarixində Azərbaycan Sahibkarlar Konfederasiyası və Ağstafa rayonunun İcra Hakimiyyətinin təşəbbüsü ilə Ağstafa İqtisadi Forumu keçirilib. Tədbirdə bir sıra dövlət qurumlarının nümayəndələri ilə yanaşı, Bakı şəhəri, Ağstafa, Tovuz və Qazax rayonlarından 120-dən çox sahibkar və fermer iştirak edib. Forumda Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının yerinə yetirilməsi, regionlarda sənayenin inkişafı, sahibkarlara dəstək göstərilməsi məsələləri müzakirə olunub. Tədbirdə Neuron Technologies şirkətinin rəhbəri, Sahibkarlar Konfederasiyasının Komissiya Sədri İsmayıl Ələkbərov iştirak edib. Şirkətimizin rəhbəri ölkə sahibkarları və dövlət qurumları arasında aparılan müzakirələr zamanı çıxış edərək, regionlarda sahibkarlığın inkişafının təşviqi və ölkəmizdə istehsal olunan məhsulların xarici bazarlara ixracının genişləndirilməsi üçün mütərəqqi texnologiyaların tətbiqinin əhəmiyyətini vurğulayıb.

© Copyright 2017 Neuron technologies. All rights reserved.