Neuron Technologies şirkəti ADA Universitetinin tələbələri ilə seminar keçirdi.


Ötən həftə Neuron Technologies şirkəti ilə ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik məktəbinin tələbələri arasında seminar keçirilmişdir. Şirkətin ofisinin yerləşdiri Yüksək Texnologiyalar Parkında keçirilən tədbir zamanı hazırkı qlobal informasiya texnologiyaları trendləri, dünyada İT sahəsində tətbiq edilən ən mütərəqqi texnologiyalar barəsində fikir mübadiləsi aparıldı. Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov tərəfindən şirkətin keçdiyi inkişaf yolu və həyata keçirdiyi innovativ İT layihələri barədə də məlumat verildi. Tələbələrlə qarşılıqlı dialoq aparıldı və dərslərində fərqlənənlərin şirkətin həyata keçirdiyi layihələrdə təcrübə keçməsinin reallaşması qərara alındı.

Qeyd edək ki, Neuron Technologies şirkəti son illər ərzində İT sahəsində innovativ layihələr həyata keçirərək, ölkəmizin qabaqcıl texnologiya şirkətinə çevrilmişdir. Şirkət qarşıdan gələn müddət ərzində Şərqi Avropa, Mərkəzi Asiya və Afrika ölkələrində proqram təminatı və sistem inteqrasiya həllərini tətbiq etmək əzmindədir. Elə bu səbəbdən də, şıirkəti qarşıdan gələn illər ərzində dünya səviyyəli layihələrdə uğurla iştirak etməyə hazırlamaq strateji hədəfə çevrilib. Şirkətin əsas kadr ixtisas istiqaməti proqramlaşdırma olduğu üçün, Neuron Technologies ölkəmizin nüfuzlu ali təhsil müəssisələrinin kompyuter elmləri fakultələri ilə sıx əməkdaşlığa başlayıb. Şirkət gələcək əməkdaşlarını hazırkı tələbələr arasından seçir və onları staj proqramlarına dəvət edərək, gələcəyə hazırlayır.

Qısa məlumat


2016-02-08


ADA Universiteti, İT texnologiyaları, İT, Mühəndislik fakültəsi, Seminar, Neuron Technologies


Ötən həftə Neuron Technologies şirkəti ilə ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik məktəbinin tələbələri arasında seminar keçirilmişdir. Şirkətin ofisinin yerləşdiri Yüksək Texnologiyalar Parkında keçirilən tədbir zamanı hazırkı qlobal informasiya texnologiyaları trendləri, dünyada İT sahəsində tətbiq edilən ən mütərəqqi texnologiyalar barəsində fikir mübadiləsi aparıldı. Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov tərəfindən şirkətin keçdiyi inkişaf yolu və həyata keçirdiyi innovativ İT layihələri barədə də məlumat verildi. Tələbələrlə qarşılıqlı dialoq aparıldı və dərslərində fərqlənənlərin şirkətin həyata keçirdiyi layihələrdə təcrübə keçməsinin reallaşması qərara alındı.

© Copyright 2017 Neuron technologies. All rights reserved.