Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib


Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib və Rabitə, İnformasiya və Kommunikasiya Texnologiyaları Komissiyasının yaradılması barədə qərar verilib. “Neuron Technologies” şirkətinin rəhbəri İsmayıl Xəlil oğlu Ələkbərov Azərbaycan Sahibkarlar Konfederasiyasının Rabitə və İKT Komissiyasının Sədri təyin edilib. Sözügedən Komissiya rabitə və İKT sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətlərini maraqlarını təmsil edərək, bu sahədə özəl sektorun inkişafı, milli məhsulların xarici ölkələrdə təşviq edilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması istiqamətində fəaliyyət göstərəcəkdir. Komissiyanın Sədri İsmayıl Ələkbərov bildirir ki, Azərbaycanda rabitə, informasiya və kommunikasiya texnologiyalarının inkişafı üçün böyük potensial mövcuddur. İsmayıl Ələkbərov həmçinin qeyd edir ki, hazırda Komissiyanın tərkibi formalaşdırılır və yaxın zamanda yeni üzvlərin iştirak edəcəyi ilk iclasın keçiriləcəyi nəzərdə tutulub. O həmçinin, Komissiyann qarşısında duran vəzifələri açıqlayaraq, ölkəmizin rabitə və İKT sahəsində fəaliyyət göstərən şirkətlərinin maraqlarının əlaqələndirilmiş formada təmsil ediləcəyini, milli texnoloji yeniliklərin, proqram təminatı və sistem inteqrasiyası həllərinin xarici ölkələrə ixracının təşviq ediləcəyini bildirmişdir.

Qısa məlumat


2016-02-26


Sahibkarlar Konfederasiyası, Rəyasət Heyətinin Sədri, Rabitə və İnformasiya Nazirliyi, İKT


Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib və Rabitə, İnformasiya və Kommunikasiya Texnologiyaları Komissiyasının yaradılması barədə qərar verilib. “Neuron Technologies” şirkətinin rəhbəri İsmayıl Xəlil oğlu Ələkbərov Azərbaycan Sahibkarlar Konfederasiyasının Rabitə və İKT Komissiyasının Sədri təyin edilib. Sözügedən Komissiya rabitə və İKT sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətlərini maraqlarını təmsil edərək, bu sahədə özəl sektorun inkişafı, milli məhsulların xarici ölkələrdə təşviq edilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması istiqamətində fəaliyyət göstərəcəkdir.

© Copyright 2017 Neuron technologies. All rights reserved.