Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 28-də Kənd Təsərrüfatı Nazirliyinin Bakıda “Baytarlıq şəhərciyi”nin açılışında iştirak edib.


Bu gün “Neuron Technologies” şirkəti üçün əlamətdar hadisə baş verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 28-də Kənd Təsərrüfatı Nazirliyinin Bakıda “Baytarlıq şəhərciyi”nin açılışında iştirak edib. Dövlətimizin başçısı şəhərciyin rəmzi açılışını bildirən lenti kəsdi və burada görülən yenidənqurma işləri ilə tanış oldu. Prezident İlham Əliyevə burada yaradılan şərait barədə məlumat verildi. Bildirildi ki, “Baytarlıq şəhərciyi”ndə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin, Respublika Baytarlıq Laboratoriyasının və Baytarlıq Elmi-Tədqiqat İnstitutunun yeni inzibati binaları yerləşir. Dövlət Baytarlıq Nəzarəti Xidmətinin yeni inzibati binasında əsaslı şəkildə aparılan yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olundu. Muzeydə həmçinin, “Neuron Technologies” şirkətinin işləyib hazırladığı Dövlət Kənd Təsərrüfatı Muzeyinin informasiya sistemi bu gündən etibarən istifadəyə verildi.

Qeyd edək ki, şirkətimiz tərəfindən Kənd Təsərrüfatı Nazirliyi ilə tərəfdaşlıq çərçivəsində ölkəmizdə ilk dəfə olaraq, Dövlət Kənd Təsərrüfatı Muzeyinin informasiya sistemi hazırlanıb. Qısa zaman ərzində muzeydə şirkətin “Neuron” brendi ilə istehsal etdiyi info-köşklər quraşdırılıb, muzeyin informasiya sisteminin proqram təminatı işlənib hazırlanıb. Muzeyi ziyarət edən qonaqlar burada yerləşən info-köşklər vasitəsilə Azərbaycanın kənd təsərrüfatı potensialı, onun tarixi və ayrı-ayrı aqrar sahələr ilə yaxından tanış ola biləcək. Bu interaktiv sistem Heydər Əliyev və Azərbaycan Kənd Təsərrüfatı, muzeyin daxili eksponatları, dinamik xəritə, kənd təsərrüfatı sahələri, ölkəmizin aqrar göstəriciləri üzrə statistik hesabatlar və digər modullardan ibarətdir. Muzey informasiya sistemi ən müasir dizayn interfeysinə malikdir və mütərəqqi texnoloji platformalarda işlənib-hazırlanıb. İnfo-köşklərin geniş monitorları əl toxunuşu ilə istifadə olunur və ziyarətçilər çox rahatlıqla muzeyin xəritəsi üzərində yerləşdirilmiş bölmələrə toxunaraq, oradakı eksponatlar barədə ətraflı məlumat ala bilir. Hər bir eksponat barədə həm vizual, həm də mətn şəklində məlumatlar təqdim edilir. Sistem vasitəsilə Azərbaycanın kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişaf tarixi təqdim edilir.

“Neuron Technologies” şirkətinin 2015-ci ildə həyata keçirdiyi növbəti uğurlu layihəsi münasibətilə şirkətimizin bütün komandasını təbrik edirik.

Qısa məlumat


2015-12-28


Kənd təsərrüfatı baytarlıq,neuron technologies


Bu gün “Neuron Technologies” şirkəti üçün əlamətdar hadisə baş verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 28-də Kənd Təsərrüfatı Nazirliyinin Bakıda “Baytarlıq şəhərciyi”nin açılışında iştirak edib. Dövlətimizin başçısı şəhərciyin rəmzi açılışını bildirən lenti kəsdi və burada görülən yenidənqurma işləri ilə tanış oldu. Prezident İlham Əliyevə burada yaradılan şərait barədə məlumat verildi. Bildirildi ki, “Baytarlıq şəhərciyi”ndə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin, Respublika Baytarlıq Laboratoriyasının və Baytarlıq Elmi-Tədqiqat İnstitutunun yeni inzibati binaları yerləşir. Dövlət Baytarlıq Nəzarəti Xidmətinin yeni inzibati binasında əsaslı şəkildə aparılan yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olundu.

© Copyright 2017 Neuron technologies. All rights reserved.