İsmayıl Ələkbərov İctimai TV-nin Diqqət Mərkəzi verilişində - elektron kənd təsərrüfatı


Bu gün Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov İctimai TV-nin Diqqət Mərkəzi verilişinin qonağı olub. Söhbət zamanı şirkət tərəfindən elektron kənd təsərrüfatı sahəsində həyata keçirilən layihələr, xüsusilə də “Fermer Evi” kompleks elektron idarəetmə sisteminin uğurlu tətbiqi barədə məlumat verilib. Bu veriliş geniş ölkə ictimaiyyətinin böyük marağına səbəb olub. Verilişdən sonra ölkəmizin müxtəlif bölgələrindən olan fermerlər və aqrar sahədə çalışan insanlar şirkətimizə müraciət edərək, Fermer Evi elektron platformasına qoşulmaq və ərsəyə gətirdikləri məhsulları dünya bazarlarına çıxarmaq üçün şirkətimizlə əməkdaşlıq etmək arzusunda olduqlarını bildirib. Qeyd edək ki, Neuron Technologies şirkəti tərəfindən ölkəmizdə kənd təsərrüfatında ilk dəfə olaraq innovativ elektron idarəetmə sistemi tətbiq edilməyə başlayıb. Artıq ötən aydan etibarən fəaliyyətə başlayan Fermer Evi pilot olaraq Quba iqtisadi zonasında yaradılıb. Şirkətin əsas məqsədi bu platformanı genişləndirərək, ölkəmizin bütün rayonlarının fermerlərini əhatə etmək və Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının onlayn ticarət sistemi vasitəsilə dünya bazarlarına yol açmasına kömək etməkdir.

Qısa məlumat


2015-12-08


Elektron Kənd Təsərrüfatı, Diqqət Mərkəzində verilişi, İTV, Neuron Technologies


Bu gün Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov İctimai TV-nin Diqqət Mərkəzi verilişinin qonağı olub. Söhbət zamanı şirkət tərəfindən elektron kənd təsərrüfatı sahəsində həyata keçirilən layihələr, xüsusilə də “Fermer Evi” kompleks elektron idarəetmə sisteminin uğurlu tətbiqi barədə məlumat verilib. Bu veriliş geniş ölkə ictimaiyyətinin böyük marağına səbəb olub. Verilişdən sonra ölkəmizin müxtəlif bölgələrindən olan fermerlər və aqrar sahədə çalışan insanlar şirkətimizə müraciət edərək, Fermer Evi elektron platformasına qoşulmaq və ərsəyə gətirdikləri məhsulları dünya bazarlarına çıxarmaq üçün şirkətimizlə əməkdaşlıq etmək arzusunda olduqlarını bildirib.

© Copyright 2017 Neuron technologies. All rights reserved.