Azərbaycanın "Neuron Technologies" şirkəti dünyanın ən mühüm biznes mükafatlarından olan “The Bizz 2015”in qalibi elan olunub.


Xəbər verdiyimiz kimi, Azərbaycanın "Neuron Technologies" şirkəti dünyanın ən mühüm biznes mükafatlarından olan “The Bizz 2015”in qalibi elan olunub. Bu nüfuzlu beynəlxalq mükafat bir müddət öncə elan edilib və mükafatın rəsmən təsdiq edildiyi sertifikatlar “Neuron Technologies” şirkətinə təqdim edilib.

Sevindirici haldır ki, Dünya Biznes Konfederasiyası Azərbaycanın “Neuron Technologies” şirkətini “World Business Leader” – dünya biznes lideri, şirkətin rəhbəri İsmayıl Ələkbərovu isə “World Leader Businessperson” – dünyanın lider iş adamı nominasiyalarının qalibi elan edib.

Qeyd edək ki, bu mükafatlar baş iqamətgahı ABŞ-ın Hyuston şəhərində yerləşən Dünya Biznes Konfederasiyası tərəfindən təsis olunub. Neçə illərdir dünyanın tanınmış beynəlxalq şirkətləri və nüfuzlu iş adamları biznesdə əldə etdiyi nailiyyətlərə görə bu mükafatın qalibi seçilir. Dünya Biznes Konfederasiyası tərəfindən üç mindən artıq şirkət arasında aparılan araşdırma və tədqiqatın nəticəsi olaraq 2015-ci il üzrə keçirilən nominasiyada Azərbaycanın "Neuron Technologies" şirkəti və şirkətin rəhbəri İsmayıl Ələkbərov qalib elan edilib.

Dünya Biznes Konfederasiyasının rəhbəri Jesus Moran tərəfindən təqdim olunan rəsmi məlumatda "Neuron Technologies" şirkətinin biznes sahəsində əldə etdiyi nailiyyətləri, təqdim etdiyi xidmətlərin və proqram təminatlarının beynəlxalq keyfiyyət göstəricilərinə uyğun gəlməsi, müasir idarəetmə sistemlərinin tətbiqi, həmçinin şirkətin innovativ texnologiyaların, İKT sistemlərinin tətbiqinin bu beynəlxalq mükafata layiq görülməsinin əsas meyarları olduğu bildirilib.

"Neuron Technologies" (www.neuron.az) Azərbaycanda sürətlə inkişaf edən informasiya texnologiyaları şirkətlərindən biridir. Şirkət proqram təminatının işlənib-hazırlanması, sistem inteqrasiyalarının tətbiqi, İKT infrastrukturunun qurulması üzrə ixtisaslaşıb. "Neuron Technologies" son illər ölkəmizdə təhsil, kənd təsərrüfatı, səhiyyə və digər sahələrdə elektron idarəetmə sistemlərinin, milli proqram təminatı həllərinin tətbiqi üzrə uğurlu layihələr həyata keçirib. Şirkətin hazırladığı proqram təminatı məhsullarına bir sıra xarici ölkələr maraq göstərir. Bu gün "Neuron Technologies"in hazırladığı intellektual məhsulların xarici ölkələrə ixracı istiqamətində işlər davam etdirilir.

Qısa məlumat


2015-12-01


“The Bizz 2015”in qalibi Neuron Technologies,


Xəbər verdiyimiz kimi, Azərbaycanın "Neuron Technologies" şirkəti dünyanın ən mühüm biznes mükafatlarından olan “The Bizz 2015”in qalibi elan olunub. Bu nüfuzlu beynəlxalq mükafat bir müddət öncə elan edilib və mükafatın rəsmən təsdiq edildiyi sertifikatlar “Neuron Technologies” şirkətinə təqdim edilib. Sevindirici haldır ki, Dünya Biznes Konfederasiyası Azərbaycanın “Neuron Technologies” şirkətini “World Business Leader” – dünya biznes lideri, şirkətin rəhbəri İsmayıl Ələkbərovu isə “World Leader Businessperson” – dünyanın lider iş adamı nominasiyalarının qalibi elan edib.

© Copyright 2017 Neuron technologies. All rights reserved.