Neuron Technologies Microsoft ilə partnyorluğunu genişləndirir


Xəbər verdiyimiz kimi, Neuron Technologies şirkəti beynəlxalq texnologiya şirkətləri ilə fəal əməkdaşlıq edir. Ötən müddət ərzində Neuron Technologies Microsoft şirkətinin Azərbaycanda etibarlı partnyoruna çevrilib. Şirkət proqram təminatı həllərinin Microsoft platformasında hazırlanması prosesini genişləndirməkdə davam edir. Microsoft ilə əməkdaşlığımız artıq yeni müstəviyə keçib. Neuron Technologies Microsoftun Azure bulud platforması üzrə etibarlı yerli tərəfdaşı kimi özünü doğrultmaqda davam edir. İndi isə Microsoft ilə “Business İntelligence” və “Big Data Analysis” - iri həcmi məlumatların emalı və təhlil edilməsi istiqamətində əməkdaşlığa başlamışıq. 2015-ci ilin 10 dekabr tarixində Neuron Technologies şirkətinin ofisində Microsoft qlobal qrupunun nümayəndəsi Petra Dakic və Azərbaycandakı ofisin nümayəndəsi Emin Axundov tərəfindən şirkətimizin texniki heyətinə “MS Power BI” sistemləri üzrə seminar təşkil edildi. Seminar zamanı Microsoftun iri həcmli məlumatların emalı və dinamik hesabatlara çevrilməsi proseslərini təmin edən “Power BI” platforması təqdim edildi və əməkdaşlarımız arasında müzakirələr aparıldı. Neuron Technologies şirkəti yaxın illər ərzində “Unibook” – elektron təhsil platformasında 300,000 nəfərə qədər təhsil ictimaiyyətini, həmçinin “Farmer House” elektron kənd təsərrüfatı platformasında 500,000 fermer ictimaiyyətini birləşdirməyi hədəfə almışdır. Bu, çox strateji bir məsələdir. Şirkətimizin yüz minlərlə insanı bir araya gətirəcək proqram təminatı sistemlərimizdə milyonlarda sayda müxtəlif parametrli məlumatlar daxil ediləcək. Bu cür iri-həcmli məlumatların Azərbaycanın inkişafına xidmət etməsi üçün onların lazımi qaydada emal edilməsi, təhlillərin aparılması və həmin məlumatlardan və hesabatlardan yararlanmaq lazımdır. Biz bu prosesə indidən başlayırıq və mürəkkəb yola çıxırıq. Bir sözlə, 5-10 il bundan sonra baş verəcək prosesləri elə indidən göz altına alaraq. Bu yolu Microsoft şirkəti ilə birgə qət etməyə qərarlıyıq.

Qısa məlumat


2015-12-10


“Big Data Analysis, Microsoft, Neuron Technologies


Xəbər verdiyimiz kimi, Neuron Technologies şirkəti beynəlxalq texnologiya şirkətləri ilə fəal əməkdaşlıq edir. Ötən müddət ərzində Neuron Technologies Microsoft şirkətinin Azərbaycanda etibarlı partnyoruna çevrilib. Şirkət proqram təminatı həllərinin Microsoft platformasında hazırlanması prosesini genişləndirməkdə davam edir. Microsoft ilə əməkdaşlığımız artıq yeni müstəviyə keçib. Neuron Technologies Microsoftun Azure bulud platforması üzrə etibarlı yerli tərəfdaşı kimi özünü doğrultmaqda davam edir. İndi isə Microsoft ilə “Business İntelligence” və “Big Data Analysis” - iri həcmi məlumatların emalı və təhlil edilməsi istiqamətində əməkdaşlığa başlamışıq.

© Copyright 2017 Neuron technologies. All rights reserved.