Azərbaycan şirkəti kiber təhlükəsizlik istiqamətində fəaliyyətə başlayır


Ötən həftə Rusiyanın Moskva şəhərində “Zero Nights 2015” informasiya təhlükəsizliyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib və tədbirdə Azərbaycanı Neuron Technologies şirkətinin informasiya təhlükəsizliyi bölməsinin rəhbəri Əli Hüseyn Əliyev təmsil edib. Tədbirə dünya ölkələrinin kiber təhlükəsizlik üzrə nüfuzlu şirkətləri və tanınmış beynəlxalq ekspertlər iştirak edib. Qeyd edək ki, bu tədbir il ərzində kiber təhlükəsizlik üzrə dünyada keçirilən ən mühüm beynəlxalq forumlardan biri hesab edilir. Avropa və Asiya ölkələrin etik xakerləri hər il ənənəvi olaraq bu konfransa qatılır. Tədbirdə kiber təhlükəsizliyin praktiki məsələləri, veb üzərindən yeni hücum metodları, yeni təhlükə mənbələri, kiber müdafiə taktikaları, təhlükəsizlik həlləri barədə müzakirələr aparıldı.

Sevindirici haldır ki, artıq sözügedən beynəlxalq konfransa Azərbaycan da qatılıb. Ölkəmizi bu beynəlxalq tədbirdə Neuron Technologies şirkəti uğurla təmsil edib. Qeyd edək ki, kiber təhlükəsizlik günümüzün ən mühüm məsələlərindən birinə çevrilib. Qeyd edək ki, böyük məlumat axınları hər gün internet üzərindən paylaşılır və veb saytlara kiber hücumlar, bank sistemlərinə müdaxilələr, veb üzərindən müxtəlif proqram təminatlarına hücumlar nəticəsində proqram sındırmalarının sayı ötən illərə nisbətən daha çox artıb. Proqram təminatı həllərinin hazırlanması üzrə ixtisaslaşan Neuron Technologies şirkəti bütün bu məsələlərə önəm verərək, şirkətin daxilində kiber təhlükəsizlik bölməsi yaradıb və informasiya təhlükəsizliyi üzrə xidmətləri təqdim etməyə başlayıb. Şirkət tərəfindən müəssisələrdə informasiya təhlükəsizliyinin audit və konsaltinqi, proqram təminatı həllərinin təhlükəsizlik sınaqları (“Penetration Testing”), mühüm məlumatların qorunması üçün müdaxilələrin aşkar edilməsi (“İntrusion Detection System”) və müdaxilələrin qarşısının alınması (“İntrusion Prevention System”) sistemlərinin tətbiqini, informasiya boşluqları ilə rastlaşmamaq üçün ən son “patch” yeniləmələri və qorunma cihazlarının tətbiqini, həmçinin bütün növ məlumatların, o cümlədən həssas informasiyanın təhlükəsizliyi və qorunması üçün mövcud risklərin aradan qaldırılması üzrə həll yollarını təqdim edir. Neuron Technologies şirkəti 2016-cı ildə Azərbaycanda da kiber təhlükəsizlik üzrə beynəlxalq forumun təşkil edilməsini planlaşdırır.

Qısa məlumat


2015-11-26


Zero Nights, kiber təhlükəsizlik, cyber security, Neuron Technologies əməkdaş


Ötən həftə Rusiyanın Moskva şəhərində “Zero Nights 2015” informasiya təhlükəsizliyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib və tədbirdə Azərbaycanı Neuron Technologies şirkətinin informasiya təhlükəsizliyi bölməsinin rəhbəri Əli Hüseyn Əliyev təmsil edib. Tədbirə dünya ölkələrinin kiber təhlükəsizlik üzrə nüfuzlu şirkətləri və tanınmış beynəlxalq ekspertlər iştirak edib. Qeyd edək ki, bu tədbir il ərzində kiber təhlükəsizlik üzrə dünyada keçirilən ən mühüm beynəlxalq forumlardan biri hesab edilir. Avropa və Asiya ölkələrin etik xakerləri hər il ənənəvi olaraq bu konfransa qatılır. Tədbirdə kiber təhlükəsizliyin praktiki məsələləri, veb üzərindən yeni hücum metodları, yeni təhlükə mənbələri, kiber müdafiə taktikaları, təhlükəsizlik həlləri barədə müzakirələr aparıldı.

© Copyright 2017 Neuron technologies. All rights reserved.