Neuron Technologies şirkəti elektron kənd təsərrüfatı layihəsini uğurla başa vurdu


Neuron Technologies şirkəti ölkəmizdə ilk dəfə olaraq, elektron kənd təsərrüfatı həllərinin tətbiqinə başlayıb. Fermer Evinin kompleks elektron idarəetmə sistemi artıq istifadəyə verilib. Layihə çərçivəsində AR Kənd Təsərrüfatı Nazirliyi ilə tərəfdaşlıq vasitəsilə Qubada Aqrar-Elm Mərkəzinin nəzdində Fermer Evi yaradılıb, burada mütərəqqi elektron idarəetmə sistemləri və müasir İKT infrastrukturu qurulub. 
Fermer Evi kompleks elektron idarəetmə sistemi ayrı-ayrı sistemlərdən ibarətdir. Bu sistemə fermerlərin elektron məlumat bazası, elektron aqrar sistemi, onlayn ticarət portalı, aqrar bilik bazası, fermerlərin və sistem istifadəçilərinin sosial şəbəkəsi və forumlar, onlayn-oflayn və real zamanda təşkil olunacaq təlimlər, müəssisə idarəetmə sistemləri, o cümlədən kadrların elektron idarəetmə edilməsi, onlayn çat və bir sıra digər innovativ funksionallıqlar daxildir. Bu kompleks sistem çoxsaylı fermer ictimaiyyətini, aqrar sahə üzrə müvafiq dövlət qurumlarını, biznes dairələrini vahid bir elektron məkanda birləşdirir. Fermerlər Fermer Evinə gələrək, onlayn nöbvə sistemi vasitəsilə aqrotexniki, bitki mühafizəsi, baytarlıq və zootexniki, meyvəçilik, biznes planlaşdırma, kredit və sığorta, hüquq və marketinq sahələri üzrə mütəxəssislərdən məsləhətlər ala biləcəklər. Bütün bu xidmətlər həmçinin şirkətin qurduğu onlayn çağrı mərkəzi vasitəsilə də uzaqdan əlçatan olacaqdır.
Fermerlər www.fermerevi.az internet portalında qeydiyyatdan keçəcəklər. Fermerlər həmçinin Fermer Evinə gələrək, burada yaradılan innovativ elektron mühitin köməyilə aqrolizinq, fitosanitar, baytarlıq, toxumşuluq, aqrar-elm və digər sahələrdə xidmət göstərən qurumlar ilə birbaşa əlaqə yarada, müraciətlərini mərkəzləşdirilmiş qaydada təqdim edə və həmin qurumlar tərəfindən göstərilən xidmətlərdən və imtiyazlardan yararlana biləcək. Fermer evinin yaradılmasında əsas məqsəd becərilən məhsulların istehsalçıdan istehlakçıya çatanadək, dəyər zənciri boyunca olan bütün proseslərdə fermerlərə vahid mərkəzdən dəstək göstərmək və fəaliyyətlərinin koordinasiyasını təşkil etməkdən ibarətdir. Bununla yanaşı, Fermer evində fermer və sahibkarlara regionda kənd təsərrüfatı məhsulları istehsalında, texnikanın, eləcə də torpağın, suyun, genetik ehtiyatların və ətraf mühitin qorunması istiqamətində ortaya çıxan problemlərin həlli üsulları öyrədiləcək. Fermer evinin www.fermerevi.azinternet portalında güzəştli kredit şərtləri barədə məlumatlar, əkinin necə aparılması, toxumların yoxlanılması, torpaqla necə davranmaq barədə məsləhətlər fermerlər üçün əlçatan olacaq. Burada yaradılan təlim mərkəzində isə fermerlərin bilik və bacarıqlarının artırılması məqsədilə təlimlər, seminarlar təşkil ediləcək, fermerlər tədris materialları ilə təmin olunacaqlar. Sahibkarlara məhsulun istehsalı ilə yanaşı, satışında da kömək göstəriləcək. Fermerlər kompyuter və ya smartfon vasitəsilə yaranan sualları və ya problemleri barədə məlumatı aidiyatı əməkdaşa yönəldərək qısa müddət ərzində problemlerinin həllini tapacaqlar. Fermer evi elektron idarəetmə sistemi vasitəsi ilə fermerlər məhsullarını dünya bazarına çıxarmaq imkanı da əldə edəcəklər. Neuron Technologies şirkəti Quba Fermer Evində həmçinin mütərəqqi texnologiyalara əsaslanan İKT infrastrukturunun yaradılmasını həyata keçirib. Burada ən müasir texnologiyalara əsaslanan şəbəkə, server, səs və proyektor sistemləri qurulub. Fermer Evində “Neuron” brendi altında elektron növbə kioskları, informasiya və təqdimat kioskları istehsal edilib. Fermer Evinə fiber optik xətt çəkilib və 100 Mbit/saniyə yüksək internetlə təmin olunub.
Açılış mərasimində Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov Kənd Təsərrüfatı Naziri cənab Heyder Əsədov və tədbirdə iştirak edən nazirliyinin müvafiq qurumları, rayon rəhbərliyi, səfirlik nümayəndələri, beynəlxalq təşkilatların, fermerlər, sahibkarlara Fermer Evi kompleks elektron idarəetmə sistemini nümayiş etdirdi. Nazir Heydər Əsədov Fermer Evi layihəsinin uğurla həyata keçirilməsi münasibətilə Neuron Technologies şirkətinə təşəkkürünü bildirdi və bu layihənin Azərbaycanın bütün bölgələrində tətbiq olunacağını bəyan etdi.

Qısa məlumat


2015-11-25


Kənd Təsərrüfatı Nazirliyi, Quba Fermer Evi, Neuron Technologies


Neuron Technologies şirkəti ölkəmizdə ilk dəfə olaraq, elektron kənd təsərrüfatı həllərinin tətbiqinə başlayıb. Fermer Evinin kompleks elektron idarəetmə sistemi artıq istifadəyə verilib. Layihə çərçivəsində AR Kənd Təsərrüfatı Nazirliyi ilə tərəfdaşlıq vasitəsilə Qubada Aqrar-Elm Mərkəzinin nəzdində Fermer Evi yaradılıb, burada mütərəqqi elektron idarəetmə sistemləri və müasir İKT infrastrukturu qurulub. Fermer Evi kompleks elektron idarəetmə sistemi ayrı-ayrı sistemlərdən ibarətdir. Bu sistemə fermerlərin elektron məlumat bazası, elektron aqrar sistemi, onlayn ticarət portalı, aqrar bilik bazası, fermerlərin və sistem istifadəçilərinin sosial şəbəkəsi və forumlar, onlayn-oflayn və real zamanda təşkil olunacaq təlimlər, müəssisə idarəetmə sistemləri, o cümlədən kadrların elektron idarəetmə edilməsi, onlayn çat və bir sıra digər innovativ funksionallıqlar daxildir. Bu kompleks sistem çoxsaylı fermer ictimaiyyətini, aqrar sahə üzrə müvafiq dövlət qurumlarını, biznes dairələrini vahid bir elektron məkanda birləşdirir. Fermerlər Fermer Evinə gələrək, onlayn nöbvə sistemi vasitəsilə aqrotexniki, bitki mühafizəsi, baytarlıq və zootexniki, meyvəçilik, biznes planlaşdırma, kredit və sığorta, hüquq və marketinq sahələri üzrə mütəxəssislərdən məsləhətlər ala biləcəklər. Bütün bu xidmətlər həmçinin şirkətin qurduğu onlayn çağrı mərkəzi vasitəsilə də uzaqdan əlçatan olacaqdır.

© Copyright 2017 Neuron technologies. All rights reserved.