Neuron Technologies şirkəti Rəqəmsal Marketinq Konfransında


2015-ci ilin 31 oktyabr tarixində ADA universitetində Facemark.az onlayn marketinq portalının təşkilatçılığı ilə ölkəmizin ilk Rəqəmsal Marketinq Konfransı keçirildi. Mobil marketinq, sosial media marketinqi, rəqəmsal marketinq strategiyası panellərindən ibarət konfransda Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov mobil marketinq panel sessiyasında spiker qismində çıxış edib. Konfransda 344 nəfər yerli mütəxəssis birlikdə müzakirəyə qoşuldu. Bu tədbir ölkəmizdə rəqəmsal marketinq sahəsində ilk dəfə təşkil edilməsi baxımından ölkəmizin marketinq ictimaiyyəti, biznes və akademik dairələrin nümayəndələri tərəfindən maraqla qarşılandı. Tədbirdə hazırda rəqəmsal marketinq sahəsində dünyada davam edən trendlər, çağırışlar və Azərbaycanda inkişaf perspektivləri ətrafında müzakirələr aparılmışdır.

Konfransda ilk spiker qismində çıxış edən İsmayıl Ələkbərov dünyada mobil marketinq sahəsi üzrə davam edən trendlər barədə məlumat vermiş və Neuron Technologies şirkətinin bu sahədə Azərbaycanda və xaricdə həyata keçirdiyi layihələrdən danışdı. Natiq öz təqdimatında qlobal trendlər, 
yeni texnologiyalar və biznes transformasiyası mövzularına toxunaraq, mobil və sosial şəbəkə istifadəsi üzrə qlobal vəziyyət, mobil istifadənin bütün digər növ istifadələri üstələməsi, mobil abunələrdəki artım, rəqəmsal marketinq üçün əsas mesajlar və Neuron Technologies şirkətinin rəqəmsal yenilikləri barədə danışdı. Spikerin təqdimatı konfrans iştirakçılarının geniş marağına səbəb olmuş və tədbirdən sonra bu mövzuda iştirakçılar ilə müzakirələr davam etdirildi.

Qısa məlumat


2015-10-31


Rəqəmsal Marketinq Konfransında 31 oktyabr Neuron Technologies


2015-ci ilin 31 oktyabr tarixində ADA universitetində Facemark.az onlayn marketinq portalının təşkilatçılığı ilə ölkəmizin ilk Rəqəmsal Marketinq Konfransı keçirildi. Mobil marketinq, sosial media marketinqi, rəqəmsal marketinq strategiyası panellərindən ibarət konfransda Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov mobil marketinq panel sessiyasında spiker qismində çıxış edib. Konfransda 344 nəfər yerli mütəxəssis birlikdə müzakirəyə qoşuldu. Bu tədbir ölkəmizdə rəqəmsal marketinq sahəsində ilk dəfə təşkil edilməsi baxımından ölkəmizin marketinq ictimaiyyəti, biznes və akademik dairələrin nümayəndələri tərəfindən maraqla qarşılandı. Tədbirdə hazırda rəqəmsal marketinq sahəsində dünyada davam edən trendlər, çağırışlar və Azərbaycanda inkişaf perspektivləri ətrafında müzakirələr aparılmışdır.

© Copyright 2017 Neuron technologies. All rights reserved.