Azərbaycan-Serbiya Biznes Forumu


Sentyabrın 28-də Bakıda Azərbaycan-Serbiya Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının IV iclası keçirilmişdir. Komissiyanın iclası çərçivəsində Azərbaycan-Serbiya işgüzar görüşü də keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 50-dən çox iş adamı da iştirak etmişdir. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) rəhbəri Rüfət Məmmədov Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkənin qazandığı iqtisadi uğurlar barədə serbiyalı qonaqlara məlumat vermiş, Azərbaycanın xarici investisiyalar üçün əlverişli və cəlbedici ölkə olduğunu vurğulamış və iş adamlarını fəal əməkdaşlığa dəvət etmişdir. Tədbirdə Neuron Technologies şirkətinin Baş Direktoru İsmayıl Ələkbərov və Biznesin İnkişafı Departamentinin rəhbəri İlkin Haverdiyev də iştirak etmişlər. Serbiyanın İT şirkətləri ilə Neuron Technologies şirkəti arasında məhsuldar görüşlər keçirilmişdir. Xüsusilə də Avropanın nəhəng şirkətlərindən olan COMTRADE şirkəti ilə qarşılıqlı əməkdaşlıq barədə müzakirələr aparılmışdır.

Qısa məlumat


2015-09-28


NEURON TECHNOLOGIES, SERBIYA BIZNES FORUMU


Sentyabrın 28-də Bakıda Azərbaycan-Serbiya Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının IV iclası keçirilmişdir. Komissiyanın iclası çərçivəsində Azərbaycan-Serbiya işgüzar görüşü də keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 50-dən çox iş adamı da iştirak etmişdir. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) rəhbəri Rüfət Məmmədov Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkənin qazandığı iqtisadi uğurlar barədə serbiyalı qonaqlara məlumat vermiş, Azərbaycanın xarici investisiyalar üçün əlverişli və cəlbedici ölkə olduğunu vurğulamış və iş adamlarını fəal əməkdaşlığa dəvət etmişdir.

© Copyright 2017 Neuron technologies. All rights reserved.