Neuron Technologies ən nüfuzlu beynəlxalq biznes mükafatlarından olan “The Bizz 2015”in qalibi elan olunub.


Azərbaycanın Neuron Technologies şirkəti dünyanın ən mühüm biznes mükafatlarından hesab olunan “The Bizz 2015” beynəlxalq biznes mükafatının qalibi elan olunub. Bu mükafat baş iqamətgahı ABŞ-ın Hyuston şəhərində yerləşən Dünya Biznes Konfederasiyası tərəfindən təsis olunub. Artıq neçə illərdir ki, dünyanın tanınmış beynəlxalq şirkətləri biznesdə əldə etdiyi nailiyyətlərə görə bu mükafatın qalibi seçilir. Dünya Biznes Konfederasiyası tərəfindən dünyanın 3000-dən artıq şirkəti arasında aparılan araşdırma və tədqiqatın nəticəsi olaraq, Konfederasiyanın Qiymətləndirmə Komitəsinin qərarına əsasən, 2015-ci il üzrə keçirilən nominasiyada Azərbaycanın Neuron Technologies şirkəti qaliblər siyahısına daxil edilib.

Dünya Biznes Konfederasiyasının rəhbəri Jesus Moran tərəfindən təqdim olunan rəsmi məlumatda Neuron Technologies şirkətinin biznes sahəsində əldə etdiyi nailiyyətləri, təqdim etdiyi xidmətlərin və proqram təminatlarının beynəlxalq keyfiyyət göstəricilərinə uyğun gəlməsi, müasir idarəetmə sistemlərinin tətbiqi, həmçinin şirkətin qısa müddət ərzində innovativ yeni texnologiyaların, İKT sistemlərinin tətbiqinin bu beynəlxalq mükafata layiq görülməsinin əsas meyarları olduğu bildirilmişdir. Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərovun bildirdiyinə görə, bu mükafatın Las Veqas şəhərində keçiriləcək ənənəvi təqdimetmə mərasimində iştirak etmək və mükafatı qəbul etmək üçün şirkət ABŞ-a dəvət edilib.

Ölkəmizin İT şirkətinin bu beynəlxalq biznes mükafatın qalibi elan edilməsi həm də ölkəmizdə İKT sahəsinin inkişafının göstəricisidir. Neuron Technologies (www.neuron.az) Azərbaycanda ən sürətli inkişaf edən İT şirkətlərindən biridir. Şirkət proqram təminatının işlənib-hazırlanması, sistem inteqrasiyalarının tətbiqi, İKT infrastrukturunun qurulması üzrə ixtisaslaşıb. Neuron Technologies son illər ərzində ölkəmizdə təhsil, səhiyyə, kənd təsərrüfatı və digər sahələrdə elektron idarəetmə sistemlərinin, milli proqram təminatı həllərinin tətbiqi üzrə uğurlu layihələr həyata keçirib. Şirkətin hazırladığı proqram təminatı məhsullarına bir sıra xarici ölkələr maraq göstərir və hazırda Neuron Technologies şirkətinin hazırladığı intellektual məhsulların xarici ölkələrə ixracı istiqamətində işlər davam etdirilir.

Qısa məlumat


2015-07-23


the bizz beynəlxalq mükafat Neuron Technolocies


“Azərbaycanın Neuron Technologies şirkəti dünyanın ən mühüm biznes mükafatlarından hesab olunan “The Bizz 2015” beynəlxalq biznes mükafatının qalibi elan olunub. Bu mükafat baş iqamətgahı ABŞ-ın Hyuston şəhərində yerləşən Dünya Biznes Konfederasiyası tərəfindən təsis olunub. Artıq neçə illərdir ki, dünyanın tanınmış beynəlxalq şirkətləri biznesdə əldə etdiyi nailiyyətlərə görə bu mükafatın qalibi seçilir. Dünya Biznes Konfederasiyası tərəfindən dünyanın 3000-dən artıq şirkəti arasında aparılan araşdırma və tədqiqatın nəticəsi olaraq, Konfederasiyanın Qiymətləndirmə Komitəsinin qərarına əsasən, 2015-ci il üzrə keçirilən nominasiyada Azərbaycanın Neuron Technologies şirkəti qaliblər siyahısına daxil edilib.

© Copyright 2017 Neuron technologies. All rights reserved.