Neuron Technologies şirkəti ilə Səudiyyə Ərəbistanın iş adamları arasında işgüzar görüş keçirilmişdir


Saziş şirkətin təsisçisi və rəhbəri İsmayıl Ələkbərov və İnstitutun direktoru akademik Telman Əliyev tərəfindən imzalanmışdır. İmzalama mərasimi institutda baş tutmuş və tədbirdə institutun elmi-pedaqoji kollektivi və şirkətin nümayəndələri iştirak etmişdir.2013-cü ilin 10 dekabr tarixində Bakı Biznes Mərkəzində Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Səudiyyə Ərəbistanı biznes forumu keçirilmişdir.

Tədbirdə hər iki ölkədən rəsmi şəxsləri ilə yanaşı, sənaye, neft-kimya, tikinti, qida, təhsil, ticarət, İKT, maliyyə və digər sahələri təmsil edən 100-dən çox şirkət iştirak etmişdir.

Biznes forumda Neuron Technologies şirkətinin baş direktoru İsmayıl Ələkbərov və şirkətin nümayəndələri iştirak etmiş, Səudiyyə Ərəbistanı şirkətləri ilə ikitərəfli görüşlər keçirilmişdir. Səudiyyə Ərəbistanının tanınmış şirkətləri, o cümlədən E.El-Dukair Est. Hospital Management & Supplies, Almisehal Group, Shanawani Trading & Contractors Co və informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən bir sıra nüfuzlu şirkətlərlərin rəhbərləri ilə müzakirələr aparılmışdır. Səudiyyəli iş adamları ilə Azərbaycanda, Səudiyyə Ərəbistanında, həmçinin regionun digər ölkələrində informasiya texnologiyaları, o cümlədən, avtomatlaşdırılmış elektron idarəetmə sistemləri, elektron hökumət, xəstəxanaların elektron idarəetmə sistemləri, proqram təminatlarının işlənib-hazırlanması istiqamətində konkret tərəfdaşlıq və əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır. Neuron Technologies şirkəti ilə birgə investisiya layihələri ətrafında müzakirələrin Bakıda və Ər-Riyad şəhərlərində davam etdirilməsi qərara alınmışdır.

Qısa məlumat


2014-01-10


işgüzar görüş neuron technologies


Saziş şirkətin təsisçisi və rəhbəri İsmayıl Ələkbərov və İnstitutun direktoru akademik Telman Əliyev tərəfindən imzalanmışdır. İmzalama mərasimi institutda baş tutmuş və tədbirdə institutun elmi-pedaqoji kollektivi və şirkətin nümayəndələri iştirak etmişdir.2013-cü ilin 10 dekabr tarixində Bakı Biznes Mərkəzində Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Səudiyyə Ərəbistanı biznes forumu keçirilmişdir.

© Copyright 2017 Neuron technologies. All rights reserved.