NEURON TECHNOLOGIES ŞIRKƏTI VƏ AZƏRBAYCAN MILLI ELMLƏR AKADEMIYASI İDARƏETMƏ SISTEMLƏRI İNSTITUTU (KIBERNETIKA İNSTITUTU) ARASINDA ƏMƏKDAŞLIQ SAZIŞI IMZALANMIŞDIR.


Saziş şirkətin təsisçisi və rəhbəri İsmayıl Ələkbərov və İnstitutun direktoru akademik Telman Əliyev tərəfindən imzalanmışdır. İmzalama mərasimi institutda baş tutmuş və tədbirdə institutun elmi-pedaqoji kollektivi və şirkətin nümayəndələri iştirak etmişdir.

Akademik Telman Əliyev bu imzalama mərasimini Azərbaycanın elm tarixində mühüm hadisə olduğunu qeyd etmişdir. Neuron Technologies şirkəti ilə əməkdaşlıq ölkəmizin alimləri tərəfindən uzun illər ərzində işlənib-hazırlanmış elmi işlərin, araşdırmaların, elmi kəşflərin və ixtiraların iqtisadiyyata və sənayeyə tətbiqini nəzərdə tutur. İnstitutun rəhbəri həmçinin, Neuron Technologies şirkətinin Azərbaycan Milli Elmlər Akademiyasının sözügedən institutunun elmi-tədqiqatlarının təcrübəyə transferini həyata keçirəcək ilk Azərbaycan şirkəti olduğunu diqqətə çatdırmışdır.

Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov ölkəmizdə İKT-nin sürətli inkişaf mərhələsində olduğunu qeyd edərək, şirkətin AMEA-nın İdarəetmə Sistemləri İnstitutu (Kibernetika İnstitutu) ilə əməkdaşlığının Azərbaycan elminin inkişafı üçün töhfə ola biləcəyini vurğulamışdır. Belə ki, şirkətin mütəxəssisləri ilə institutun tədqiqatçıları arasında sıx əməkdaşlıq yaradılacaq, nəzəri tədqiqatların istehsalata transferi istiqamətində fəaliyyətə başlanacaqdır. Bunlara, akademik Telman Əliyevin rəhbərliyi ilə artıq uzun illər ərzində davam etdirilməkdə olan hündür binaların texniki vəziyyətlərinin dəyişməsinin gizli dövrünün paylanmış intellektual monitorinq sistemi, seysmo-akustik intellektual telemetrik stansiya, regional seysmo-akustik intellektual telemetrik sistem, dərinlik neft quyusunun texnoloji parametrlərinin küylərinin analizi əsasinda texniki vəziyyətinin dəyişməsinin gizli dövrünün intellektual monitorinq sistemi və bu kimi onlarla digər layihələri misal göstərmək olar.

İsmayıl Ələkbərov həmçinin sözügedən institut tərəfindən elmi-nəzəri tədqiqatların iqtisadiyyata tətbiqi üçün Azərbaycanın milli şirkətləri arasında məhz Neuron Technologies şirkətini seçdiklərinə görə institutun rəhbərliyinə təşəkkürünü bildirmiş və bunun şirkət üçün böyük şərəf olması ilə yanaşı, həm də məsuliyyətli vəzifə olduğunu bildirmişdir.

Qısa məlumat


2013-09-01


neuron technologies milli elmlər akademiyası kibernetika institutu


Saziş şirkətin təsisçisi və rəhbəri İsmayıl Ələkbərov və İnstitutun direktoru akademik Telman Əliyev tərəfindən imzalanmışdır. İmzalama mərasimi institutda baş tutmuş və tədbirdə institutun elmi-pedaqoji kollektivi və şirkətin nümayəndələri iştirak etmişdir.

© Copyright 2017 Neuron technologies. All rights reserved.