2014-CÜ ILIN 23-24 APREL TARIXINDƏ BAKIDA AZƏRBAYCAN-NIDERLAND BIZNES FORUMU KEÇIRILMIŞDIR.


Niderland Krallığı Senatının üzvü Rene van der Lindenin rəhbərlik etdiyi iş adamlarından nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində keçirilən görüşdə Neuron Technologies şirkəti də iştirak etmişdir. Tədbir çərçivəsində Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov ilə Niderlandın Akadis b.v şirkətinin rəhbəri A.A.Kvitovski arasında ikitərəfli əməkdaşlığa başlanması ətrafında müzakirələr aparılmış və kartoqrafiya və xəritəçəkmə sahəsində informasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə Niderlandın mütərəqqi təcrübəsinin ölkəmizə tətbiqi imkanları barədə fikir mübadiləsi aparılmışdır.

Biznes forum çərçivəsində həmçinin Avropanın nüfuzlu səhiyyə xidmətləri təqdim edən şirkətlərindən olan Maastricht Health Campus təşkilatının rəhbəri Jan Kees Dunninq ilə müzakirələr aparılmış və Niderlandın səhiyyə müəssisələrində, həmçinin Avropanın digər ölkələrində o cümlədən Böyük Britaniyada tətbiq olunmaqda olunan Chipsoft xəstəxana idarəetmə sistemlərinin ölkəmizə transferi istiqamətində əməkdaşlığa başlanması qərarına gəlinmişdir.

Niderland nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri zamanı qonaqların şərəfinə Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası tərəfindən təşkil olunan rəsmi ziyafətdə iştirak edən İsmayıl Ələkbərov tədbir zamanı Azərbaycan sahibkarları adından çıxış etmiş və Azərbaycan-Niderland biznes əlaqələrinin genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğulayaraq, ölkəmizin işgüzar dairələrinin bu ölkənin bir sıra sahələr, xüsusilə də informasiya və kommunikasiya texnologiyaları, nəqliyyat və infrastruktura, gəmiqayırma və digər sahələrdə böyük təcrübəsindən yararlanmaq və birgə layihələri həyata keçirmək arzusunda olduqlarını bildirmişdir.

Qısa məlumat


2014-04-25


Azərbaycan Niderland biznes forumu neuron technologies


Niderland Krallığı Senatının üzvü Rene van der Lindenin rəhbərlik etdiyi iş adamlarından nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində keçirilən görüşdə Neuron Technologies şirkəti də iştirak etmişdir. Tədbir çərçivəsində Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov ilə Niderlandın Akadis b.v şirkətinin rəhbəri A.A.Kvitovski arasında ikitərəfli əməkdaşlığa başlanması ətrafında müzakirələr aparılmış və kartoqrafiya və xəritəçəkmə sahəsində informasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə Niderlandın mütərəqqi təcrübəsinin ölkəmizə tətbiqi imkanları barədə fikir mübadiləsi aparılmışdır.

© Copyright 2017 Neuron technologies. All rights reserved.