Neuron Technologies şirkəti “Startup Azərbaycan 2015” milli konfransında


Bu gün Park İnn Otelində “Startap Azərbaycan 2015” layihəsinin yekun təqdimat mərasimi və “Startap Azərbaycan 2015” milli konfransı keçirilib. Tədbirdə Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov panelçi qismində iştirak edib. İsmayıl Ələkbərov tədbirin açılış mərasimində Azərbaycanda startap mühitində problemlər və perspektivlər mövzusunda çıxış edib, ölkəmizdə startapların qarşılaşdıqları çətinliklər və onların həlli yolları, informasiya texnologiyaları bazarındakı cərəyanlar, biznes modellər, İT məhsulların bazara çıxarılması və perspektiv sahələr barədə söhbət aparıb. Şirkət rəhbəri “Startup Azərbaycan 2015” layihəsinin qaliblərini təbrik edib və Neuron Technologies şirkətinin onlarla əməkdaşlığa hazır olduğunu bəyan edib. Milli konfransın sonunda şirkətin rəhbəri digər həmkarları ilə birlikdə finala çıxan startaplarla investor qismində qapalı görüşdə ( pitç sessiya) iştirak etdi. Qalib gələn startap komandasının üzvləri ilə Neuron Technologies şirkətinin gələcək işbirliyi ilə bağlı müzakirələri olub. Komandalar bir daha investorlara öz layihələrinin incəlikləri ilə bağlı məlumatlar veriblər. Təqdimat mərasimində 3 xüsusi nominasiyalar üzrə fərqlənənlərin adları açıqlanıb. Belə ki, “Ən motivasiyalı komanda” nominasiyası üzrə MyTagram, “GoMap mobil tətbiqləri” üzrə Baku Parking, “E-gov mobil tətbiqləri” nominasiyası üzrə isə RobiGuide layihəsi seçilib. Tədbirdə 4 startap layihəsinin, Appol-Ustad, Portret.al, Baku Parking və BillBoard.az startaplarının finala çıxaraq uğur qazandığı elan edildi, qaliblərə mükafatlar və hədiyyələr təqdim edildi.
Milli konfransda həmçinin Rabitə və İnformasiya Texnologiyaları Nazirinin müavini Elmir Vəlizadə, İT-nin İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynlov, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Yüksək Texnologiyalar Parkı, Baku Business Factory, ölkəmizin akademik dairələrinin nümayəndələri, universitetlər, İT şirkətlər və informasiya cəmiyyətinin təmsilçiləri iştirak edib.

Qısa məlumat


2015-05-15


Startup Azərbaycan 2015 neuron technologies


Bu gün Park İnn Otelində “Startap Azərbaycan 2015” layihəsinin yekun təqdimat mərasimi və “Startap Azərbaycan 2015” milli konfransı keçirilib. Tədbirdə Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov panelçi qismində iştirak edib. İsmayıl Ələkbərov tədbirin açılış mərasimində Azərbaycanda startap mühitində problemlər və perspektivlər mövzusunda çıxış edib, ölkəmizdə startapların qarşılaşdıqları çətinliklər və onların həlli yolları, informasiya texnologiyaları bazarındakı cərəyanlar, biznes modellər, İT məhsulların bazara çıxarılması və perspektiv sahələr barədə söhbət aparıb. Şirkət rəhbəri “Startup Azərbaycan 2015” layihəsinin qaliblərini təbrik edib və Neuron Technologies şirkətinin onlarla əməkdaşlığa hazır olduğunu bəyan edib. Milli konfransın sonunda şirkətin rəhbəri digər həmkarları ilə birlikdə finala çıxan startaplarla investor qismində qapalı görüşdə ( pitç sessiya) iştirak etdi. Qalib gələn startap komandasının üzvləri ilə Neuron Technologies şirkətinin gələcək işbirliyi ilə

© Copyright 2017 Neuron technologies. All rights reserved.