Azərbaycan-Vyetnam Biznes Forumu


Mayın 14-də Bakıda Azərbaycan-Vyetnam biznes-forumu keçirilib və Neuron Technologies şirkətinin rəhbərliyi tədbirdə iştirak edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanq biznes forumda iştirak ediblər. Dövlət başçıları forumda çıxış ediblər. Biznes-forumda Azərbaycandan və Vyetnamda rəsmi şəxslərlə yanaşı, neft-qaz, enerji, tikinti, İKT, maliyyə və bank, kənd təsərrüfatı, sənaye, ticarət, xidmət, turizm, nəqliyyat, əczaçılıq və digər sahələrdə fəaliyyət göstərən 170-ə yaxın iş adamı iştirak edib. Tədbir çərçivəsində Neuron Technologies şirkəti ilə Vyetnamın İT şirkətləri arasında ikitərəfli görüşlər keçirilib. Vyetnam şirkətləri Azərbaycan şirkətinin təhsil sahəsi üzrə İT həllərinə maraq göstərib və əldə olunan razılaşmaya əsasən, bu həllərin Vyetnamda geniş təşviqi prosesinə başlanacaqdır. Bu istiqamətdə konkret nəticələr əldə edilməsi üçün Neuron Technologies şirkəti ilə Vyetnamın DCA Cooperation Development şirkəti arasında tərəfdaşlığa başlanacaq.

Qısa məlumat


2015-05-15


neuron technologies Azərbaycan Vyetnam biznes forumu


Mayın 14-də Bakıda Azərbaycan-Vyetnam biznes-forumu keçirilib və Neuron Technologies şirkətinin rəhbərliyi tədbirdə iştirak edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanq biznes forumda iştirak ediblər. Dövlət başçıları forumda çıxış ediblər. Biznes-forumda Azərbaycandan və Vyetnamda rəsmi şəxslərlə yanaşı, neft-qaz, enerji, tikinti, İKT, maliyyə və bank, kənd təsərrüfatı, sənaye, ticarət, xidmət, turizm, nəqliyyat, əczaçılıq və digər sahələrdə fəaliyyət göstərən 170-ə yaxın iş adamı iştirak edib

© Copyright 2017 Neuron technologies. All rights reserved.