İsmayıl Ələkbərovun İctimai Televiziya və Radio Yayım Şurasınına üzvlüyü irəli sürülüb


Neuron Technologies şirkətinin ölkəmizin ictimai həyatında rolu artmaqda davam edir. Şirkət Azərbaycan Sahibkarlar Konfederasiyasının fəal üzvüdür. Şirkətimizin rəhbəri İsmayıl Ələkbərov Konfederasiyanın rabitə, informasiya texnologiyaları və nəqliyyat Komitəsinin Sədr müavinidir. Milli Məclisin Mədəniyyət Komitəsinin mayın 13-də keçirilən iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlyi irəli sürülən şəxslərin təyin edilməsi məsələsi müzakirə olunub. İclasda Sahibkarlar Konfederasiyası tərəfindən İsmayıl Ələkbərovun namizədliyi irəli sürülüb. İclasda qeyd edilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurası üzvlərinin səlahiyyət müddəti başa çatdığına görə yeni namizədlər irəli sürülüb. Yayım Şurasının üzvləri 6 il müdətinə seçilir. Azərbaycan Respublikasının müvafiq qanununun tələblərinə uyğun olaraq həmin qurumlarda seçkilər aparılıb və namizədlər müəyyən edilib. Müzakirələrdən sonra məsələ Milli Məclisin plenar iclasında baxılmağa tövsiyə olunub.

Qısa məlumat


2015-05-14


itv neuron technologies sahibkarlar konfederasiyası


Neuron Technologies şirkətinin ölkəmizin ictimai həyatında rolu artmaqda davam edir. Şirkət Azərbaycan Sahibkarlar Konfederasiyasının fəal üzvüdür. Şirkətimizin rəhbəri İsmayıl Ələkbərov Konfederasiyanın rabitə, informasiya texnologiyaları və nəqliyyat Komitəsinin Sədr müavinidir. Milli Məclisin Mədəniyyət Komitəsinin mayın 13-də keçirilən iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlyi irəli sürülən şəxslərin təyin edilməsi məsələsi müzakirə olunub.

© Copyright 2017 Neuron technologies. All rights reserved.