Neuron Technologies şirkətində Milli Proqram Təminatları hazırlanır


Neuron Technologies şirkətinin Azərbaycanda uğurlu İKT həllərini həyata keçirməsi geniş marağa səbəb olub. Şirkətimiz mütəmadi olaraq, kütləvi-informasiya vasitələri ilə ölkə əhalisi arasında mütərəqqi texnologiyaların təşviqini həyata keçirir. Bu gün Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov İctimai TV-nin xəbərlər proqramına müsahibəsi zamanı şirkət tərəfindən ölkəmizdə işlənib-hazırlanan proqram təminatı həlləri barədə söhbət aparmışdır. Ölkəmizdə təhsil, səhiyyə, kənd təsərrüfatı, bank və maliyyə sahələrində milli proqram təminatı həllərinin tətbiqinin əhəmiyyəti qeyd edilmiş, milli məhsulların xarici məhsullar ilə müqayisədə kommersiya cəhətdən daha münasib olduğu vurğulanmışdır. Xarici sistemlərdən fərqli olaraq, yerli sistemlərin tətbiqi zamanı davamlı texniki dəstək daha səmərəli həyata keçirilir. Qeyd edilmişdir ki, milli proqram təminatı həlləri həm də informasiya təhlükəsizliyinin təmin edilməsi baxımından daha əlverişlidir, çünki bu zaman proqramın mənbə kodları xaricdə deyil, ölkə hüdudları daxilində olur. Müsahibəni diqqətinizə təqdim edirik.

Qısa məlumat


2015-05-06


Neuron milli proqram təminatları


Neuron Technologies şirkətinin Azərbaycanda uğurlu İKT həllərini həyata keçirməsi geniş marağa səbəb olub. Şirkətimiz mütəmadi olaraq, kütləvi-informasiya vasitələri ilə ölkə əhalisi arasında mütərəqqi texnologiyaların təşviqini həyata keçirir. Bu gün Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov İctimai TV-nin xəbərlər proqramına müsahibəsi zamanı şirkət tərəfindən ölkəmizdə işlənib-hazırlanan proqram təminatı həlləri barədə söhbət aparmışdır. Ölkəmizdə təhsil, səhiyyə, kənd təsərrüfatı, bank və maliyyə sahələrində milli proqram təminatı həllərinin tətbiqinin əhəmiyyəti qeyd edilmiş, milli məhsulların xarici məhsullar ilə müqayisədə kommersiya cəhətdən daha münasib olduğu vurğulanmışdır.

© Copyright 2017 Neuron technologies. All rights reserved.