ADİU-da elektron kitabxananın təqdimatı keçirilib


Azərbaycan Dövlət İqtisad Univeristetində elektron kitabxananın təqdimat mərasimi keçirilib.  Tədbirdə Neuron Technologies şirkətinin nümayəndələri iştirak edib.  İnteraktiv formatda keçirilən tədbirdə sayt barəsində geniş informasiya çatdırılıb. Library.asue.edu.az domenində qurulan elektron kitabaxananın saytında 5 dildə 2573 adda kitab təsvir olunub. Bazaya yerləşdirilən kitabların 402 ədədi yüklənə bilən “PDF” formatındadır. Zəngin resurlara malik saytda elektron mühazirələr, video-dərsliklər, monoqrafiyalar, dərs vəsaitləri, müvəqqəti və daimi istifadəyə verilən məlumat bazalarına keçidlər, qəzet və jurnalların veb səhifələrinə keçidlər, fənlər üzrə işçi tədris proqramları  yerləşdirilib.

 

Tədbirdə çıxış edən Neuron Technologies şirkətinin Baş Direktoru İsmayıl Ələkbərov elektron kitabxananın yaradılması münasibətilə təbriklərini bildirdi və bu kitabxana vasitəsilə universitetdə təhsil prosesinin keyfiyyətinin yüksələcəyi ilə yanaşı, həm də elmi-pedaqoji heyətin elmi işlərinin, monoqrafiyalarının geniş ictimaiyyətə açıq olacağının təqdirəlayiq hal olduğunu vurğuladı.  İsmayıl Ələkbərov həmçinin, Neuron Technologies şirkəti tərəfindən təqdim edilən Unibook – tədris prosesinin elektron idarə edilməsi sistemi barədə məlumat verdi və yaxın gələcəkdə İqtisad Universitetində də bu innovativ sistemin tətbiq ediləcəyinə ümid bəslədiyini söylədi.

Qısa məlumat


2015-04-23


ADIU,elektron kitabxana,Neuron Technologies


Azərbaycan Dövlət İqtisad Univeristetində elektron kitabxananın təqdimat mərasimi keçirilib. Tədbirdə Neuron Technologies şirkətinin nümayəndələri iştirak edib. İnteraktiv formatda keçirilən tədbirdə sayt barəsində geniş informasiya çatdırılıb. Library.asue.edu.az domenində qurulan elektron kitabaxananın saytında 5 dildə 2573 adda kitab təsvir olunub. Bazaya yerləşdirilən kitabların 402 ədədi yüklənə bilən “PDF” formatındadır. Zəngin resurlara malik saytda elektron mühazirələr, video-dərsliklər, monoqrafiyalar, dərs vəsaitləri, müvəqqəti və daimi istifadəyə verilən məlumat bazalarına keçidlər, qəzet və jurnalların veb səhifələrinə keçidlər, fənlər üzrə işçi tədris proqramları yerləşdirilib.

© Copyright 2017 Neuron technologies. All rights reserved.