Azərbaycan-Sinqapur Biznes Forumu


Bu gün Bakı Biznes Mərkəzində Azərbaycan-Sinqapur Biznes Forumu keçirildi. Tədbirdə Neuron Technologies şirkətinin nümayəndələri də iştirak etdi. Biznes Forumda hər iki tərəfdən İKT, logistika, əczaçılıq, neft-mədən sənayesi avadanlığı, metallurgiya, elektroenergetika və digər sahələrdə fəaliyyət göstərən 50-dən çox iş adamı iştirak etdi. Tədbirdə ölkəmizin xarici investisiyalar üçün əlverişli və cəlbedici olduğu vurğulandı, sinqapurlu iş adamları azərbaycanlı həmkarları ilə fəal əməkdaşlığa dəvət edildi. Sinqapur tərəfi Azərbaycan iqtisadiyyatına marağın böyük olduğunu bildirdi.
Biznes Forum çərçivəsində keçirilən B2B görüşləri zamanı, Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov ilə Sinqapur nümayəndə heyətinin rəhbəri, Kenetics Innovations şirkətinin icraçı direktoru Ken Vong arasında görüş keçirildi. Kenetics İnnovations şirkəti hazırda Sinqapurda yol hərəkəti təhlükəsizliyi, nəqliyyat nəzarət sistemləri, ödəmə sistemləri, kənd təsərrüfatı və ekologiya sahələrində innovativ həllərin təqdim edilməsi üzrə ən böyük şirkətdir. Şirkətin məhsulu olan müxtəlif həllərdən Sinqapurda hər gün milyonlarla insan yararlanır. Sinqapur şirkəti ilə Neuron Technologies arasında əldə olunan razılaşmaya əsasən, yaxın zamanda şirkətlərimiz arasında Məxfilik Sazişi (Non-Disclosure Agreement) imzalanacaq. Qarşıdan gələn aylar ərzində Sinqapurda tətbiq olunan mütərəqqi texnologiyaların ölkəmizdə tətbiqi üzrə fəaliyyətə başlayacağıq. Məsələn, avtomobil parkinq xəbərdarlıq sistemini (sürücülər öz mobil telefonlarında qapalı və yol kənarında olan parkinqlərdə boş yerlər barədə məlumatları ala biləcək) Bakı Şəhəri İcra Hakimiyyətinə, İctimai yerlərdə əhalinin üz-skrininqi (face-screening) və təhlükəsizlik tədbirlərinin avtomatik emalı və bildiriş sistemini Bakı Metropoliteninə, Dəmir Yolu İdarəsinə, kiçik-buynuzlu və iri buynuzlu heyvanlara xüsusi çiplər yerləşdirilməsi və RFİD sisteminin tətbiqi ilə heyvan sürülərində xəstə heyvanların dərhal müəyyən edilməsi sistemini Kənd Təsərrüfatı Nazirliyinə və bu kimi digər innovativ həlləri tətbiq edilmək üçün ölkəmizin müxtəlif qurumlarına təklif edəcəyik.

Qısa məlumat


2015-04-17


Sinqapur,biznes forum,neuron technologies


Bu gün Bakı Biznes Mərkəzində Azərbaycan-Sinqapur Biznes Forumu keçirildi. Tədbirdə Neuron Technologies şirkətinin nümayəndələri də iştirak etdi. Biznes Forumda hər iki tərəfdən İKT, logistika, əczaçılıq, neft-mədən sənayesi avadanlığı, metallurgiya, elektroenergetika və digər sahələrdə fəaliyyət göstərən 50-dən çox iş adamı iştirak etdi. Tədbirdə ölkəmizin xarici investisiyalar üçün əlverişli və cəlbedici olduğu vurğulandı, sinqapurlu iş adamları azərbaycanlı həmkarları ilə fəal əməkdaşlığa dəvət edildi. Sinqapur tərəfi Azərbaycan iqtisadiyyatına marağın böyük olduğunu bildirdi.

© Copyright 2017 Neuron technologies. All rights reserved.