Fransalı IT mütəxəssisləri Neuron Technologies şirkətində çalışacaq


2015-ci ilin 2 aprel tarixində Fransanın ali təhsil müəssisələrinin Azərbaycana səfəri çərçivəsində Fransanın Kompyuter Elmləri Universitetinin (EPİTA - Gradute School of Computer Science) icraçı direktoru Joel Kurtua ilə Neuron Technologies şirkətinin nümayəndələri arasında şirkətin ofisində görüş keçirilmişdir.  Görüşdə Fransa səfirliyin nümayəndəsi iştirak etmişdir. EPİTA kompyuter elmləri və texnologiya sahəsində dünyanın ən məşhur universitetlərindən biri hesab olunur.  Görüş zamanı şirkətinin rəhbəri İsmayıl Ələkbərov Neuron Technologies-in ölkəmizdə ən sürətli inkişaf edən İT şirkətlərindən biri olduğunu diqqətə çatdıraraq, ölkəmizdə İKT üzrə həyata keçirilən fəaliyyət, informasiya texnologiyalarının inkişaf dinamikası, şirkətin həyata keçirdiyi uğurlu layihələr və gələcək perspektivlər barədə söhbət açdı.  Joel Kurtua Fransa universitetindəki mövcud təhsil proqramları, elmi-tədqiqat imkanları barədə məlumat verdi.  Görüş zamanı Neuron Technologies şirkəti ilə EPİTA arasında yaxın gələcəkdə əməkdaşlığa başlanması qərarına gəlindi.  Əldə olunan razılaşmaya görə, yuxarı kurs Fransız magistr tələbələr Neuron Technologies şirkətində 5 aylıq staj keçmək və konkret layihələrə qatılmaq üçün Bakıya gələcəkdir.  Bu proses bu ilin sonlarında gözlənilir.  Eyni zamanda, Neuron Technologies şirkətinin əməkdaşları kompyuter elmləri, o cümlədən, proqram təminatı, kiber təhlükəsizlik, sistem inteqrasiyası üzrə müxtəlif sahələr üzrə təhsil almaq və elmi-tədqiqatlarda iştirak etmək üçün Parisə yollanacaqlar. Universitetin Kodlaşdırma Akademiyasında yerli şirkətimizin mütəxəssisləri müasir kompyuter texnologiyaları üzrə kurslarda iştirak edəcəkdir.    Bu cür razılaşma Neuron Technologies şirkətinin qloballaşma strategiyasının həyata keçirilməsinə töhfə verəcək.  Həmçinin, Fransa təhsil müəssiələri ilə əməkdaşlıq vasitəsilə Avropanın mütərəqqi texnologiyalarının, nou-haunun ölkəmizə transferi prosesinin sürətlənməsinə də kömək edəcək.

Qısa məlumat


2015-04-03


Neuron,IKT,EPITA


2015-ci ilin 2 aprel tarixində Fransanın ali təhsil müəssisələrinin Azərbaycana səfəri çərçivəsində Fransanın Kompyuter Elmləri Universitetinin (EPİTA - Gradute School of Computer Science) icraçı direktoru Joel Kurtua ilə Neuron Technologies şirkətinin nümayəndələri arasında şirkətin ofisində görüş keçirilmişdir. Görüşdə Fransa səfirliyin nümayəndəsi iştirak etmişdir. EPİTA kompyuter elmləri və texnologiya sahəsində dünyanın ən məşhur universitetlərindən biri hesab olunur. Görüş zamanı şirkətinin rəhbəri İsmayıl Ələkbərov Neuron Technologies-in ölkəmizdə ən sürətli inkişaf edən İT şirkətlərindən biri olduğunu diqqətə çatdıraraq, ölkəmizdə İKT üzrə həyata keçirilən fəaliyyət, informasiya texnologiyalarının inkişaf dinamikası, şirkətin həyata keçirdiyi uğurlu layihələr və gələcək perspektivlər barədə söhbət açdı.

© Copyright 2017 Neuron technologies. All rights reserved.